İsrail İranı vuracaqmı? - təhlil

Hizbullah döyüşçüləri, İsrail İranı vuracaqmı?

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Hizbullah döyüşçüləri

Artıq İranın raket zərbələri ilə İsrailin paytaxtın və başqa ərazilərin vurmasından və İsrailin buna "sərt cavab verəcəyini" deməsindən yeddi gün keçib.

Hələ də İsrail hücumdan əvvəl olduğu kimi Livana və Qəzzaya hərbi əməliyyatlarını davam etdirir, İran da siyasi bəyanatlar verir və öz hücumunu əsaslandırmağa çalışır.

BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Gardner yazır ki, bu günlər ərzində Yaxın Şərqin çox hissəsi hücumun hər an gələ biləcəyini bilə-bilə məcazi mənada nəfəsini tutur.

İranın İsrailin Hizbullah və HƏMAS-ın siyasi qanadının liderlərinə qarşı son sui-qəsdlərinə cavab olaraq İsrailə kütləvi ballistik raket hücumu həyata keçirməsindən təxminən bir həftə keçib.

Hücumdan dərhal sonra İsrail, İslam Respublikasına bunun "əvəzini ağır ödədəcəyinə" söz verib.

İsrail nə vaxt və necə cavab zərbəsi endirəcək?

Gecikmə qismən həm İsrailin hərbi və siyasi quruluşu daxilində, həm də İsrailin yaxın müttəfiqi ABŞ ilə müzakirələrə bağlıdır.

Bunlar təkcə neft qurğularından İnqilab Keşikçiləri bazalarına, ballistik raket fabriklərinə, nüvə tədqiqat obyektlərinə qədər hədəflənmə deyil, həm də ehtimal olunan təsir və İranın cavabı ilə bağlıdır.

Ağ Evin ən son istədiyi şey prezident seçkilərinə cəmi bir ay qalmış ABŞ qüvvələrini əhatə edən növbəti genişmiqyaslı müharibədir.

O, neft qiymətlərinin yüksəlməsini də görmək istəmir - bu, ABŞ seçicilərinə yaxşı təsir etməyəcək.

Vaxt baxımından çoxları İsrailin əks-zərbəsinin cümə günü - yəhudilərin Yeni il bayramı bitən kimi baş verəcəyini gözləyirdi.

Digərləri bunu bazar ertəsi gözləyirdi, İranın dəstəklədiyi HƏMAS yaraqlılarının İsrailin cənubuna hücum etməsinin il dönümündə. Yeganə əminlik, hucumun olacağı ilə bağlıdır.

İsrail İrandan qisas alacağını deyir

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Video açılmırsa, YOUTUBE kanalımızdan izləyə bilərsiniz.

İran İsraildən Həmas və Hizbullah liderlərinin qətlinin qisasını almaq üçün Təl-Əvivə raketlər atdı.

İsrail də İrandan qisas alacağını deyir. İsrailin keçmiş baş naziri Naftali Bennett sərt danışıb. O deyib ki, "bu son 50 ildə ən böyük fürsətdir ki, Yaxın Şərqin görünüşünü dəyişdirək".

Naftali Bennett hesab edir ki, İsrail İranın nüvə obyektlərini partlatmalıdır ki, "bu terrorçu rejimə ölümcül zərbə" vursun.

BBC müxbiri Jeremy Bowen hesab edir ki, onun bu sözləri ölkədəki ab-havanı əks etdirir: "Mən İsrailin İranda əlinə keçən hər şeyə - nüvə məkanları, neft-kimya obyektləri - bir sözlə, İran iqtisadiyyatına zərbə vuracaq hər yerə hücum edəcəyini istisna etmirəm".

Əvvəllər İranın müdafiə qalxanı Livanda Hizbullah idi - onun böyük silah arsenalı vardı və İranın nüvə obyektlərinə hücum ediləcəyi təqdirdə istifadə olunacaqdı.

Ancaq artıq Hizbullah təşkilatından bir şey qalmayıb, silahlarının yarısı məhv edilib və onun məskən saldığı torpaqları - Livanı İsrail işğal edib.

Bu dəfə ABŞ da İsrailə "dur" demir. Prezident Joe Biden daha bir döyüş aviadaşıyıcıları donanmasını Aralıq dənizinə göndərir.

BBC müxbiri Jeremy Bowen-in fikrincə, bu o deməkdir ki, ABŞ İrana mesaj verir - İsraili vursan, ABŞ-ı vurmuş olacaqsan.

Artıq belə görünür ki, diplomatiyaya yer qalmayıb və hər kəs daha böyük regiona yayıla biləcək müharibə haqqında danışmaqdadır.