ABŞ-ın Azərbaycanla bağlı hesabatı: "ölümlər, işgəncələr, təqiblər"

insan haqları, Azərbaycan, ABŞ, qanun, işgəncə

Şəklin mənbəyi, Getty Images / BBC

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Rəsmi Vaşinqton Azərbaycanda insan haqları ilə bağlı hesabat yayıb.

Dövlət Departamenti hesab edir ki, ölkədəki saxlanma təcridxanalarında ölüm və işgəncələr, jurnalistlərə qarşı təzyiq və böhtanlar, eləcə də siyasi tənqidçilərə qarşı represiyalar davam edir.

Azərbaycan hökuməti hələlik bu bəyanata mövqe bildirməyib. Lakin rəsmi Bakı hər zaman bu cür hesabatları qərəzli və əsassız adlandırır.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Video açılmırsa, Youtube kanalımızda izləyin.

ABŞ Dövlət Departamenti Azərbaycanda təcridxanalarda ölüm və işgəncələrin, jurnalistlərə qarşı təzyiq və böhtanların, eləcə də siyasi tənqidçilərə qarşı represiyaların davam etdiyini açıqlayıb.

Bu barədə qurumun 2024-cü il üzrə Azərbaycanda insan haqlarının vəziyyətinə dair yaydığı hesabatında qeyd olunub.

Dövlət Departamenti sənəddə Azərbaycan hüquq mühafizə orqanlarının ölkədən kənarda olan hökumət tənqidçilərini təqib etməsi, onlara qarşı təhdid və bir nəfərin öldürülməsi ilə bağlı məqamı da yazıb.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Qurum buna nümunə kimi "Fransada yaşayan tanınmış siyasi miqrant Vidadi İsgəndərovun maskalı şəxslər tərəfindən bıçaqlandıqdan sonra oktyabrın 2-də ölməsi" faktını göstərib.

Bundan əlavə, ölkədə AbzasMedia, Toplum TV, Azadlıq Radiosu və digər müstəqil media qurumlarının əməkdaşlarının, eləcə də araşdırmaçı jurnalistlərin həbsi, işgəngəcələrə məruz qalması, onlara qarşı qeyri-insani hərəkətlərlə bağlı məqamlar da hesabatda yer alıb.

Hesabata əsasən hüquq mühafizə orqanları və məhkəmə bir çox hallarda saxlanılan şəxslərin təqsirsizlik prezumpsiyasını pozur və onları "qondarma ittihamlarla, daha çox maliyyə qaçaqmalçılığı, polisə müqavimət göstərmə" kimi maddələrlə həbs edirlər.

"Hökumət qanunları sərtləşdirərək, eləcə də mülki və cinayət məcəlləsindən sui-istifadə edərək ictimai müzakirələrin məhdudlaşdırılması, siyasi rəqiblərin və jurnalistlərin susdurulması, insanların toplaşmaq hüququnun təmin olunmaması kimi məqsədlər üçün istifadə edib", hesabatda qeyd olunub.

Lakin 2023-cü illə müqayisədə Dövlət Departamenti 2024-cü ildəki hesabatına Azərbaycanda seçki prosesi, məhkəmə hakimiyyəti və korrupsiya kimi məqamları daxil etməyib.

Qurumun əvvəlki hesabtlarında, Azərbaycanda hüquq mühafizə orqanlarının qanunazidd davranışları ilə yanaşı, məhkəmə sistemində islahatların aparılmaması və sifarişli işlərə baxılması kimi məqamlar yer alsa da, builki hesabatda bu hissə yoxdur.

Bundan əlavə, 2024-cü ildə Azərbaycanda növbədənkənar iki seçki keçirilsə də, bu seçkilərin keçirilməsi ilə bağlı da hesabatda heç nə qeyd olunmayıb.

Ötən ilin fevralında Azərbaycanda növbədənkənar prezident seçkisi, sentyabrda isə parlament seçkisi keçirilib.

BBC News Azərbaycanca olduğu məntəqələrdə seçki qutularına topa bülletenlərin atılması, karusel və digər qanunsuz əməlləri qeydə almışdı.

ATƏT və bəzi beynəlxalq təşkilatlar seçkilərin keçirilməsi şəraitini, eləcə də müstəqil təşkilatların seçki müşahidəsinə dəvət edilməməsini tənqid etmişdilər.

ABŞ Dövlət Departamenti Azərbaycanda əmək hüquqlarının pozulması, həmkarlar ittifaqları və vətəndaş cəmiyyətinin fəaliyyətinə müdaxilə və onların saylarının azaldılması, hüquq müdafiəçilərinə hədə-qorxu gəlinməsi kimi məqamları da qeyd edib.

Bütün bu faktları nəzərə alan qurum 2024-cü ildə Azərbaycanda insan haqları ilə bağlı onsuz da pis olan vəziyyətin dəyişmədiyini yazıb.

Azərbaycan hökuməti hələlik bu bəyanata mövqe bildirməyib. Lakin rəsmi Bakı hər zaman bu cür hesabatları qərəzli və əsassız adlandırır.