ABŞ Türkiyəyə "kimyəvi maddələrin Rusiyaya satışı" barədə xəbərdarlıq edib

ABŞ Maliyyə Nazirliyi

Şəklin mənbəyi, Getty Images

ABŞ Maliyyə Nazirliyinin sanksiyaların tətbiqinə cavabdeh olan yüksək vəzifəli məmuru Brian Nelson, Rusiyaya kimyəvi maddə və mikroçiplərin ixrac edildiyi halda Ukraynaya qarşı müharibədə istifadə oluna biləcəyi barədə Türkiyəyə xəbərdarlıq edib.

Nelson, ixracın davam edəcəyi təqdirdə, bəzi türk şirkətləri və banklarının "sanksiyaları pozduğuna"görə cəzalandırıla biləcəyini söylədi.

Bu həftənin sonunda Nelson Türkiyəyə səfər edib və hökumət və özəl şirkətlərin nümayəndələri ilə görüşüb.

Görüşlər zamanı Nelson, bəzi malların Rusiyaya satışı məsələsində əməkdaşlıq edilməli olduğunu qeyd edib.

Bankirlərlə söhbəti zamanı Nelson qyed edib ki, Türkiyədən Rusiyaya ixracın həcmi son bir ildə əhəmiyyətli dərəcədə artıb və bunun "türk şirkətlərini sanksiya və nüfuz itkisi riski yaratdığını" söyləyib. Onun sözlərinə görə, bu, Türkiyə şirkətlərinə G7 ölkələrinin bazarlarına çıxmasına da mane ola bilər.

Maliyyə Nazirliyinin yaydığı çıxış mətninə əsasən, Nelson bildirib ki, "Rusiyanın müdafiə sənayesində istifadə edilə və texnologiyaların ötürülməsinə gətirib çıxara bilən məhsulların satışını bloklamaq üçün" şirkətlər əlavə tədbirlər görməlidir.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Reuters-ə danışan ABŞ Maliyyə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, son bir ildə Türkiyədən Rusiyaya on milyonlarla dollar həcmində satılan mallar ABŞ-da narahatlıq doğurub: "Rusiyanın Türkiyə ilə tarixi iqtisadi əlaqələrini gücləndirməyə çalışması təəccüblü deyil. Sual ondadır ki, Türkiyə buna necə cavab verəcək."

NATO üzvü olan Türkiyə Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla razılaşmır, lakin Qərbin tətbiq etdiyi sanksiyaları pozmadığını da bildirir. Türkiyə pozuntu ittihamlarının sübut edilməsini tələb edir.

Fevralın 24-dən Ukraynaya qarşı müharibə aparan Rusiya bir neçə ölkənin, xüsusən də ABŞ və Avropa İttifaqı ölkələrinin sanksiyaları ilə üzləşib. Bir ildir ki, Türkiyə Honq Konq kimi ticarət mərkəzləri ilə idxal və ixracı artırıb.

Nelsonun səfəri ABŞ-ın Türkiyəyə sanksiyalarla bağlı təzyiq göstərmək üçün həyata keçirilən səfərlərdən sonuncusudur. Bu təzyiq bəzi dəyişikliklərə səbəb olub.

Məsələn, yanvarın 31-də Türkiyənin Havas şirkəti Rusiya və Belarus aviaşirkətlərini ABŞ istehsalı olan təyyarələr üçün benzin, ehtiyat hissələri və digər xidmətləri göstərə bilməyəcəyi barədə xəbərdar edib.

Sentyabrda Türkiyənin beş bankı Rusiyanın "Mir" ödəniş sistemindən istifadəni qadağan edib.

Nelsonun səfəri zamanı Türkiyədə rus oliqarxları tərəfindən satın alınan əmlakı və onların burada lövbər atan yaxtaları da gündəmdə olub. ABŞ Maliyyə Nazirliyinin məlumatına əsasən, bununla bağlı narahatlıq Birləşmiş Ərəb Əmirlikləri və Omana, eləcə də Türkiyəyə çatdırılıb.