"Türkiyə Gürcüstanın Qərbə inteqrasiyasını dəstəkləyir", - Hakan Fidan

Hakan Fidan

Şəklin mənbəyi, Azərbaycan XİN

    • Müəllif, İlkin Həsənov
    • Vəzifə, BBC News Azərbaycanca, Bakı

Türkiyə Gürcüstanın Qərbə inteqrasiyasını dəstəkləyir, Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Videoya YouTube kanalımızda baxın.

Nazir Bakıda keçirilən brifinqdə bildirib ki, onlar Gürcüstanın Avropa-Atlantik siyasi və təhlükəsizlik təşkilatları ilə daha çox birləşmək arzusuna dəstək verməyə davam edəcəklər.

O, həm də gürcü həmkarını Gürcüstana ötən dekabrda Avropa İttifaqına namizəd status verilməsinə görə təbrik edib.

Hakan Fidan bu gün Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşündə iştirak edirdi.

Ötən ilin dekabrında Avropa İttifaqı Gürcüstana namizəd statusu verib.

2005-ci ildən bəri Türkiyə də Avropa İttifaqına namizədlik statusu alıb, amma üzvlüklə bağlı qurumun müzakirəsi illərdir davam edir, son illərdə isə dondurulub.