Türkiyə və İrandan Azərbaycana ravvinlər tədbirinə görə etiraz

Şəklin mənbəyi, Avropa Ravvinləri Konfransı
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Türkiyənin Vətən Partiyasının sədri Prezident İlham Əliyevə məktub yazaraq Bakıda keçiriləcək Ravvinlər Konfransını ləğv etməsini istəyib.
Beynəlxalq Ravinlər Konfrnasının noyabrın 3-dən 6-na kimi Baklda keçirlməsi planlaşdırılır.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, Youtube kanalımızda baxın.
Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek bu barədə öz Tvitter hesabında yazıb:
"Bu konfransın, indiyə qədər heç bir müsəlman və ya türk ölkəsində keçirilmədiyi halda, paytaxtımız Bakıda təşkil olunması, Qərbi Asiyada və Qafqazda ölkələrimizə və qonşularımıza yönələn təhdidləri daha da gücləndirəcək, həmçinin bütün insanlıq cəbhəsində türk və İslam dünyası arasındakı birliyə zərər verəcəkdir".
Azərbaycan tərəfinin məktuba münasibəti bəlli deyil.
İran mediası da yazıb ki, Ali dini liderin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Velayəti də bu tədbirin Azərbaycanda keçirilməsinə etiraz edib.
Avropa Ravvinləri Konfransı Təşkilatı elan edib ki, konfrans Bakda Konqres Mərkəzində keçiriləcək və İsraildən, Avropadan və Amerikadan olan ravinlərin bu təqbirə qatılacağı gözlənilir.
Qonaqların Bakının üç məşhur lüks otelində qalacaqları deyilir.
Buna kimi Türkiyə və İrandan müxtəlif vaxtlarda Azərbaycanın İsraillə yaxın münasibətləri tənqid olunub.
Bu ilin may ayında da Türkiyənin millət vəkili Ömer Faruk Gergerli oğlu Azərbaycanı İsraillə münasibətlərinə görə tənqid etmişdi.
İndiyə kimi olan təhdidlərlə bağlı Azərbaycan tərəfi qeyri-rəsmi formada bildirib ki, Azərbaycan hökuməti də bu tənqidlərdən narahatdır.
Sosil mediada yayılan videoda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, bəzi türk mediasında yayılan xəbərlər Azərbaycanın xətrinə dəyir.
Prezidentin köməkçisi Azərbaycanın İsraillə dostluq münasibətini Qarabağ münaqişəsi ilə əlaqələndirib.




