You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Əliyev, Makron və Ramanın Tramp zarafatı
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Albaniyanın Baş naziri Edi Rama Fransa Prezidentinə deyib ki, gərək ondan üzr istəsin.
"Sən gərək bizdən üzr istəyəsən. Çünki Prezident Trampın Albaniya ilə Azərbaycan arasında yaratdığı sülh razılaşmasına görə bizi təbrik etməmisən".
Fransa Prezidenti Emmanuel Makron deyib: "Bağışla, Rama"
"O çox zəhmət çəkib, əziyyətə qatlaşıb", - Edi Rama əlavə edib.
Videoya YouTube kanalımızda baxın.
Albaniyanın Baş naziri Edi Rama ilə Fransa Prezidenti Emmanuel Makron arasındakı bu ayaqüstü zarafat Danimarkada, Avropa Siyasi Birliyinin toplantısı zamanı baş tutub.
İlham Əliyev də orada olub.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl bir neçə dəfə Albaniya ilə Azərbaycan arasında sülhə nail olduğunu bəyan edib.
O, Ermənistanla Albaniyanı səhv salıb.
Avqust ayında məhz Trampın vasitəçiliyi ilə Ağ Evdə İlham Əliyev və Nikol Paşinyan sülh prosesini təsdiqləyən bəyannaməni imzalayıblar.