You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycan və Ermənistan mahnı müsabiqəsində bir-birinə yüksək xal verib
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycanlı münsif erməni ifaçıya, ermənistanlı münsif isə azərbaycanlı ifaçıya yüksək xal verib.
İki ölkə müstəqillik əldə edəndən və 30 il davam etmiş münaqişəyə başlayandan bəri ilk dəfədir ki, beynəlxalq musiqi müsabiqəsində bir-birinə xal verir.
Sentyabrın 21-də Qazaxıstanda keçirilən Silk Way Star mahnı müsabiqəsində ifaçıları 12 ölkənin təmsilçisi qiymətləndirib.
Ermənistandan olan münsif azərbaycanlı ifaçıya 10 bal verib, Azərbaycandan olan münsif də erməni ifaçını eyni balla qiymətləndirib.
Azərbaycanı Səbinə Zadeh, Ermənistanı isə Saro Gevorgyan təmsil edib.
Azərbaycanca İpək Yolu Ulduzu kimi tərcümə olunan Silk Way Star mahnı müsabiqəsi Qazaxıstanda keçirilir.
Bu ilin avqust ayından başlayan müsabiqənin noyabrın 22-nə final yarışı olacaq.
Qalib 50 faiz münsiflər heyətinin, 50 faiz isə onlayn auditoriya səsverməsi ilə müəyyən ediləcək.
Qazaxıstan və Çinin birgə təşkil etdiyi müsabiqənin 1 milyarddan çox tamaşaçıya çatacağı gözlənilir