You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycan Rusiyanın mahnı yarışmasına getmir
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycan Rusiyada keçiriləcək İnterviziya beynəlxalq mahnı yarışmasında iştirak etməyəcək. Onun adı yarışmaya qatılacaq iştirakçılar arasında yoxdur. Eləcə də, Azərbaycanın iki cənubi Qafqaz qonşusu Ermənistan və Gürcüstan da bu yarışmaya qatılmır.
Video açılmırsa, Youtube kanalımızda baxın.
Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib ki, onlar bütün ölkələrə dəvət göndəriblər və hər kəsi bu yarışmada görməkdən məmnun olardılar.
Azərbaycanla Rusiyanın münasibətləri Azərbaycan təyyarəsinin vurulmasından, daha sonra Rusiyada keçirilən xüsusi əməliyyat zamanı iki azərbaycanlının öldürülməsindən sonra gərginləşib.
Bakı Rusiyanın Azərbaycanda keçirməyi planlaşdırdığı bütün mədəniyyət tədbirlərini ləğv edib və Rusiyada keçirilən bir çox tədbirlərə qatılmayıb.
Bu yaxınlarda iki ölkənin baş nazirinin müavinlərinin rəhbərlik etdyi iqtisadi komissiyaların Rusiyada görüşü keçirilsə də, hələki təmaslar daha yüksək səviyyədə dondurulub.
Azərbaycan və Rusiya liderləri Çində beynəlxalq bir tədbirdə üz-üzə gəlsələr də, yalnız salamlaşmaqla kifayətləniblər.
Rusiyalı nazir Sergey Lavrov yarışmayla bağlı deyib ki, bütün qitələrdən yarışmaya qoşulan ölkələr var. Yarışmaya 23 ölkə qatılır. Avropadan bu yarışmada Serbiya təmsilçisi iştirak edir. O cümlədən, ABŞ müğənnisi də yarışa qatılacaq, təşkilatın saytında bildirilir.
İntervisiya 1960-cı illərdə sovet dövründə Avroviziyaya cavab olaraq yaradılmışdı və 1980-ci illıərə qədər davam etmişdi.
Bu il Prezident Putin yarışmanı bərpa edib.