BBC WhatsApp Kanalları və İcma Məxfilik Bildirişi

Sizin etibarınız bizim üçün çox önəmlidir. Bu o deməkdir ki, BBC şəxsi məlumatlarınızın məxfiliyini və təhlükəsizliyini qorumağa sadiqdir. Bu bildirişi oxumağınız ona görə vacibdir ki, şəxsi məlumatlarınızın necə və nə üçün istifadə edildiyini anlayasınız.

Bu məxfilik bildirişi sizinlə əlaqə zamanı və ondan sonra şəxsi məlumatlarınızı necə topladığımızı və istifadə etdiyimizi, məlumatların qorunmasına dair qanunvericiliyə uyğun olaraq izah edir.

BBC hansı şəxsi məlumatları toplayacaq və onlardan necə istifadə edirik?

BBC, kanallarımıza və icmalarımıza qoşulmaq və onları izləmək üçün sizin təqdim etdiyiniz şəxsi məlumatları toplayacaq və emal edəcək. Bu məlumatlara aşağıdakılar daxil ola bilər:

Şəxsi məlumatlar

Toplana biləcək şəxsi məlumatlara aşağıdakılar daxildir:

  • WhatsApp profilinizdəki istifadəçi adı/görüntü adı
  • Əlaqə nömrəniz, məsələn, mobil telefon nömrəniz
  • Profil şəkilləriniz

Profil şəklinizin xarakterindən və məxfiliyinizin tənzimlənməsindən asılı olaraq, siz tərəfindən açıqlanan aşağıdakı həssas məlumatlar (xüsusi kateqoriyaya aid məlumatlar) da BBC tərəfindən toplanıb emal edilə bilər:

  • İrqiniz və ya etnik mənsubiyyətiniz
  • Sağlamlıq məlumatlarınız
  • Dini və ya fəlsəfi inanclarınız
  • Cinsi orientasiyanız
  • Siyasi fikirləriniz

WhatsApp profil şəkli məxfiliyinizin dəyişdirilməsi

WhatsApp hesabınızda profil şəklinizi "hamı görə bilər" kimi ayarlamısınızsa, BBC bu məlumatı da görə bilər. Tövsiyə olunur ki, şəxsi məlumatlarınızı minimum səviyyədə paylaşmaq üçün bu ayarı "yalnız kontaktlar" olaraq dəyişdirəsiniz.

Məlumatlara nəzarət edən kimdir?

BBC, öz cihazlarında və sistemlərində saxlanılan istənilən şəxsi informasiyanın müstəqil məlumat nəzarətçisidir.

WhatsApp isə, tətbiq vasitəsilə göndərdiyiniz hər hansı məlumat üçün ayrıca və müstəqil "məlumat nəzarətçisidir". Zəhmət olmasa nəzərə alın ki, siz həmçinin WhatsApp-ın Məxfilik Siyasəti və Xidmət Şərtlərinə tabesiniz. WhatsApp məlumatlarınızı Meta şirkətləri daxilində paylaşa bilər.

Hər nəzarətçi, öz emal etdiyi məlumatlar üçün onun necə istifadə olunduğuna və necə emal edildiyinə özü qərar verir. Qeyd edək ki, BBC tərəfindən toplanan və emal olunan şəxsi məlumatlar yalnız bu məxfilik bildirişində göstərilən məqsədlər üçün, yəni BBC-nin WhatsApp Kanalına qoşulmaq və onu izləmək üçün istifadə ediləcəkdir. Hər bir nəzarətçi məlumatların qorunması qanunvericiliyinə uyğun davranmağa və buna əməl etdiyini sübut etməyə məsuldur.

Şəxsi məlumatlarınızı emal etməyin hüquqi əsası

BBC şəxsi məlumatlarınızı istifadə etmək üçün sizin razılığınıza əsaslanır. Çünki siz BBC-nin WhatsApp yayım kanalına qoşulmağa könüllü olaraq razılıq vermisiniz. Əgər artıq bu bildirişləri almaq istəmirsinizsə, istədiyiniz vaxt kanaldan çıxmaqla bundan imtina edə bilərsiniz.

Məlumatlarınızın paylaşılması

BBC şəxsi məlumatlarınızı sizin icazəniz olmadan heç bir üçüncü tərəflə paylaşmayacaq.

Məlumatlarınızın saxlanması

BBC şəxsi məlumatlarınızı yalnız bu məxfilik bildirişində göstərilən məqsədləri yerinə yetirmək üçün lazım olan müddət ərzində istifadə edəcək.

Hüquqlarınız və əlavə məlumat

Siz Birləşmiş Krallığın məlumatların qorunması qanunvericiliyi çərçivəsində bir sıra hüquqlara maliksiniz. BBC-nin sizin haqqınızda saxladığı məlumatların surətini tələb edə bilərsiniz (buraya BBC Hesabınıza dair məlumatlar və yuxarıda təsvir olunan digər məlumatlar daxildir).

Bizimlə bu e-poçt vasitəsilə əlaqə saxlaya bilərsiniz:

Hüquqlarınız və bu barədə ətraflı məlumat almaq istəyirsinizsə, BBC-nin Məxfilik və Kukilər Siyasətinə baxa bilərsiniz:

BBC-nin şəxsi məlumatlarınızı necə idarə etdiyindən narahatlığınız varsa, bu barədə Birləşmiş Krallığın nəzarət orqanı olan Məlumat Komissarı İdarəsinə (ICO) şikayət edə bilərsiniz:

Bu məxfilik bildirişinin yenilənməsi

Əgər şəxsi məlumatlarınızın istifadəsi ilə bağlı əhəmiyyətli dəyişikliklər olsa, bu məxfilik bildirişi yenilənəcəkdir.