Paşinyan Əliyevə təşəkkür edib

Videonun alt yazısı, Paşinyan Əliyevə təşəkkür edib
Paşinyan Əliyevə təşəkkür edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi Birliyi Ali Şurasının zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

"Ermənistana malların Azərbaycan ərazisindən tranzitinin açılması qərarına, eləcə də ikitərəfli ticarətin başlanması üçün şərait yaratdığına görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığımı bildirirəm", - o deyib.

Paşinyan bunu regionda sülhün və sabitliyin bərpasında ilk mühüm nailiyyətlərdən biri kimi qiymətləndirib.

Dekabrın Azərbaycandan Ermənistana ümumi həcmi təxminən 1300 ton təşkil edən 22 vaqon Aİ 95 markalı benzin aparılıb.

Bu, Azərbaycanın öz ərazisindən Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətlərin aradan qaldırması sayəsində mümkün olub.

Noyabrın əvvəlində isə Azərbaycan vasitəsilə qatarla Emənistana Rusiya və Qazaxıstan buğdası çatdırılıb.