Bakıda etiraz: "Müstəqilliyi quran mən, müftə yeyən başqaları"

Bu gün 20 Yanvar şəhidlərinin ailələri Bakıda, Dağüstü Parkda yerləşən Şəhidlər Xiyabanında etiraz aksiyası keçiriblər.

Onlar hökumətdən dəstək tələb ediblər.

Videonu Youtube-dan izləyin.

20 Yanvar şəhid ailələri onlara təzminat, döş nişanı verilməməsindən, həmçinin onlara verilən evlərin sənədsiz olmasından, vergilərdən azad olmamalarından şikayət ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BBC-yə bildiriblər ki, indiyədək "150 nəfərə yaxın şəxs "20 yanvar şəhidi" adı alıb. Onların ailələrinə 600 manat təqaüd ödənilir".