Bioloji Müxtəliflik Konfransı: Təbiəti qorumaq üçün "tarixi" müqavilə

təbiət həyat ətraf mühititn qorunması balıqlar su hövzələri

Şəklin mənbəyi, Getty Images

Birləşmiş Millətlər Təşkilatının (BMT) Bioloji Müxtəliflik Konfransında (BMK) iştirak edən ölkələr 2030-cu ilə qədər planetin üçdə birinin qorunması barədə razılığa gəliblər.

Bu saziş biomüxtəlifliyin qorunması məqsədinə çatmaqda mühüm mərhələ hesab olunur. Hədəflər həmçinin yağış meşələri və bataqlıq ərazilər kimi həyati vacib ekosistemləri və yerli icmaların hüquqlarını qorumaq üçün müəyyən ediləcək.

Kanadanın Montreal şəhərində keçirilən BMT-nin Biomüxtəliflik Sammitində əldə olunan razılaşma bazar ertəsi səhər elan edilib.

Çində keçirilməsi planlaşdırılan sammit öncə Covid-19 səbəbi ilə təxirə salınıb, daha sonra Kanadada təşkil olunub.

Toplantıya məsul olan Çin Konqo Demokratik Respublikasının son dəqiqə etirazlarına baxmayaraq razılaşmanın əldə edildiyini açıqlayıb.

BMT-nin baş katibi Antonio Guterres anlaşmanı məmnuniyyətlə qarşılayaraq, "Nəhayət, təbiətlə sülh yolundan anlaşmağa başlayırıq" deyib. BMT-nin İnkişaf Proqramı bildirib ki, "tarixi razılaşma" o deməkdir ki, bütün dünyada insanlar biomüxtəlifliyin itirilməsini dayandırmaq üçün real irəliləyiş gözləyə bilərlər.

Hansı məsələlərdə razılıq əldə olunub?

  • Müqavilənin əsas mövzuları aşağıdakılardır: Ekosistemlərin qorunması, bərpası və canlandırılması, o cümlədən növlərin nəslinin kəsilməsinin qarşısının alınması və genetik müxtəlifliyin qorunması;
  • Biomüxtəlifliyin "davamlı istifadəsi" - mahiyyətcə növlərin və yaşayış yerlərinin qida və təmiz su kimi bəşəriyyətə təqdim etdikləri xidmətləri təmin edə bilməsini təmin etmək;
  • Bitki mənşəli dərmanlar kimi təbii ehtiyatların faydalarının ədalətli və bərabər şəkildə bölüşdürülməsini və yerli xalqların hüquqlarının qorunmasını təmin etmək;
  • Biomüxtəliflik üçün resursların ayrılması və ödənilməsi: pulun və qorunma səylərinin lazımi yerlərə çatmasını təmin etmək.
təbiət ətraf mühit iqlim ətraf mühitin qorunması BMT BMT-nin inkişaf proqramları parabüzən

Şəklin mənbəyi, Getty Images

Müqavilənin imzalanması prosesi necə keçib?

Kanadanın Ətraf Mühit və İqlim Dəyişiklikləri üzrə naziri Steven Guilbeault jurnalistlərə deyib: "Bu, Parisin iqlimlə bağlı etdiyi kimi, tarixə düşəcək andır". 2015-ci ildə bağlanmış Paris İqlim Müqaviləsi ölkələrə planetdə temperaturun yüksəlməsini Selsi üzrə 2 dərəcədən aşağı saxlamaq barədə razılığa gəlməyə imkan verdi. Montrealda keçirilən sammit təbiətin bərpasına başlamaq üçün "son şans" kimi qiymətləndirilib. Danışıqlar zamanı məqsəd və planların necə maliyyələşdirilməsi ilə bağlı fikir ayrılığı yaranıb.

Ən böyük fikir ayrılıqlarından biri dünyanın ən geniş biomüxtəlifliyi olan bölgələrində mühafizə səylərinin necə maliyyələşdirilməsi ilə bağlı olub. Biomüxtəliflik yer üzündəki bütün canlılara və onların planeti qoruyub-saxlayan mürəkkəb şəbəkəsində bir-birinə bağlı olma yollarını ifadə edir. Çin bazar günü yeni sazişin mətnini dərc edib. Nümayəndələr uzun sürən gecikmədən sonra bazar ertəsi səhər tezdən iclas çağıraraq, anlaşmanın mətnini qəbul ediblər. Toplantıya məsul olan COP-15 prezidenti, Çinin Ekologiya və Ətraf Mühit naziri Huang Runqui müqaviləni dəstəkləyə bilməyəcəyini bildirən Konqo Demokratik Respublikasının etirazlarına baxmayaraq, müqavilənin ratifikasiya olunduğunu elan edib.

Müqavilə necə qiymətləndirilir?

Kral Quşların Mühafizəsi Cəmiyyətinin baş beynəlxalq siyasət müşaviri Georgina Chandler Montrealda əldə olunan razılaşmanın həm insanlar, həm də təbiət üçün daha yaxşı nəticə verəcəyini deyib. "İndi sövdələşmə tamamlandıqdan sonra hökumətlər, şirkətlər və cəmiyyətlər bu öhdəliklərin yerinə yetirilməsinə necə kömək edəcəklərini müəyyən etməlidirlər". Vəhşi Təbiəti Mühafizə Cəmiyyətindən Sue Liberman isə deyib ki, razılaşma bir kompromisdir və özündə bir xeyli yaxşı element ehtiva etsə də, "təbiətlə münasibətimizi həqiqətən dəyişdirmək və ekosistemlərin, yaşayış yerlərinin və növlərin məhvini dayandırmaq üçün" daha da irəli gedə bilər.

"Təbiət bizim gəmimizdir, o, suda qalmalıdır"

Razılaşma gərgin danışıqlardan sonra baş tutub. Nazirlər şənbə günü qızğın çıxış ediblər ki, 2030-cu ilə qədər təbiəti bərpa yoluna qoymaq üçün aydın hədəflər razılaşdırılmalıdır. Aİ-nin ətraf mühit, okeanlar və balıqçılıq üzrə komissarı Virginijus Sinkevicius "Təbiət bizim gəmimizdir. Biz onu suda saxlamalıyıq" deyib.

Alimlər xəbərdarlıq edirlər ki, meşələrin və çəmənliklərin görünməmiş sürətlə itirilməsi və okeanların çirklənmənin təzyiqi altında olması ilə insanlar Yer kürəsini təhlükəyə aparır. Onlar bəzi SAR CoV-2, Ebola və HİV kimi vəhşi heyvanlardan insana keçən xəstəliklərin riskinin artmasına da diqqət çəkirlər. Anlaşma prosesinin əsas tıxanma nöqtəsi maliyyə olub.

Misirdə keçirilən COP-27, İqlim Zirvəsində olduğu kimi bu dəfə də bəzi ölkələr biomüxtəlifliyin qorunub saxlanmasına kömək etmək üçün yeni fondun yaradılmasını tələb edib, lakin bu, digərləri tərəfindən rədd edilib.