Zənginlər fəlakətlərə hazırlaşır. Bəs biz narahat olmalıyıqmı?

Şəklin mənbəyi, Getty İmages
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Dünyanın ən varlı texnologiya liderlərindən bəziləri fəlakətlərə hazırlaşırlar.
Yeraltı bunkerlər, uzaq evlər, ərzaq və enerji ehtiyatları...
Məsələn, Mark Zukerberqin Havay adalarında nəhəng sığınacağı olduğu deyilir.
Narahatlığın bir hissəsi isə süni intellektlə bağlıdır.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, Youtube kanalımızda baxın.
Bu robotlar tezliklə insan zəkasına bərabər, hətta ondan üstün ola bilər.
Texnologiya liderləri süni intellekti həm möhtəşəm, həm də riskli hesab edirlər.
Süni intellekt xəstəlikləri müalicə edə, iqlim problemlərini həll edə və ya sonsuz enerji mənbəyi yarada bilər.
Elon Musk hesab edir ki, hər kəsin şəxsi robot köməkçiləri ola bilər.
Amma risklər də var: süni intellektdən sui-istifadə oluna bilər və ya düzgün idarə olunmasa, o, təhlükəli qərarlar verəbilər.
Süni intellekt güclüdür, amma hələ də insanlar kimi düşünə və hiss edə bilmir.
Əsl problem bunkerlər və ya ağıllı robotlar deyil, əsas məsələ süni intellektin təhlükəsiz olması və yalnız ən varlılar üçün deyil, hamının xeyrinə işləməsidir.







