Azərbaycanlılar İran haqqında: "Qardaş qardaşa səhvini deyər"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
İranın Azərbaycanı İslam dünyasının baxışlarına zidd addımlar atmaqda ittiham etməsi azərbaycanlı sosial media istifadəçilərində fikir ayrılığı yaradıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Bir neçə gün öncə İranın ali dini lideri Xameneinin müşaviri Əli Əkbər Vilayətinin dediyi "Azərbaycan İslam dünyasının baxışlarına zidd addımlar atır" sözlərinə bəzi istifadəçilər haqq qazandırıb.
Digərləri isə İranı əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycana deyil, Ermənistana dəstək verməkdə ittiham edib.
İran hakimiyyətinə susmağı təklif edən bir sosial media istifadəçisi yazır:
"Qarabağda məscidlərimiz təhqir edilərkən susan fars-molla rejmi bu gün də susmalıdır. Çünki İslam dinindən danışacaq ən son insan belə deyillər. Əgər dini ciddiyə alsaydınız, Ermənistanın barbarlığına etiraz edərdiniz".
Bir istifadəçiyə görə isə bu açıqlamanı verən Vilayəti haqlıdır və İran rəsmisinin söylədiyi fikirlər yanlış anlaşılıb.
"Əli Əkbər Vilayəti deyir ki, siz müsəlmansınızsa, İsraillə yaxınlaşmayın. Pakistanı da ayıltmaqda məqsədi budur. Qardaş qardaşına səhvini deyər də. Burda nə var ki?"
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Başqa bir şəxs isə yazır ki, "Hərşey göz qabağındadır. Müsəlmanı o tərəfdə qırırlar, şəhid edib, tikə-tikə edirlər. Azərbaycan başçısı isə gedib terrorçu əli sıxır".
Bir sosial media istifadəçisi isə "Booyy, ermənini bağrına basıb, qucaqlayan deyir bu sözü?" deyə vurğulayıb.
Qarabağ müharibəsi zamanı baş verənlər zamanı İranın nə üçün susduğunu sual edənlər də var.
"Fars mollaları özlərinə sərf etdikdə islamçılıq heysiyyatı oyanır. Qarabağda qız-gəlinlərimiz əsir götürüldükdə, təcavüzə məruz qaldıqda, deyəsən, fars-molla rejimi həm kar, həm də kor idilər ki, islam dəyərlərinin tapdalandıgını nə eşidə bildilər, nə də görə bildilər..."
Bir istifadəçi isə təklif edir ki, İranı ittiham etməkdənsə, "İranın üstünə düşməkdənsə, gedin bu zalım hakimiyyətin üstünə düşün ki, Azərbaycanı öz dədə malı kimi İsrailə satıb".
İranın Ali Dini Lideri Xameneyinin müşaviri Əli Əkbər Vilayəti bu sözləri Pakistanlı nazirlə görüşündə deyib.
Onun bu tənqidi Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraanın Bakıya səfərindən sonra gəlib.
Video açılmırsa, Youtube kanalımızda izləyin.







