You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Emin Ağalarovun Moskvadakı üç restoranı bağlanıb
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Rusiyada Prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarova məxsus üç restoranın bütün filialları bağlanıb.
Bağlanan restoranlar paytaxt Moskvada fəaliyyət göstərən "Forte Bello", "Zafferano" və "Edoko" restoranlarıdır.
Bu restoranlar Moskvada AğalarovRest şirkətinin idarəetməsinə daxil olan digər 24 brend restoranlardan sadəcə 3-dür.
Videoya YouTube kanalımızda baxın.
TASS agentliyinin yazdığına görə, restoranların bağlanmasının səbəbi onların artıq əvvəlki kimi gəlir gətirməməsidir.
Şirkətin mətbuat xidmətindən agentliyə bildirilib ki, hazırkı strategiya alış-veriş mərkəzlərində yerləşən obyektlərin fəaliyyətini dayandırıb, bütün maliyyəni müstəqil layihələrə yönəltməkdən ibarətdir.
Bir müddət əvvəl isə "Ağalarov Development" şirkəti Vegas ticarət mərkəzindəki bütün restoranların bağlandığını açıqlamışdı.
Emin Ağalarov Moskvadakı bəzi restoranlarını bağlasa da, Azərbaycanda biznesini genişlədir.
Belə ki, Bakıda Xəzər dənizi sahilində 500 hektar ərazini əhatə edən "Sea Breeze" kurort şəhər layihəsinin 7 milyard dollar dəyərində olduğu deyilir.
Daha sonra layihəyə süni adaların yaradılması və kazino biznesinin təşkili də daxil edilib.
Milli Məclis iyulun 8-də növbədənkənar iclas keçirib və ölkədə kazinoların fəaliyyətinə icazə verən qanun layihəsini qəbul edib.
Bunun Ağalarovun kazino biznesinə yaşıl işıq yandırmaq məqsədilə edildiyi barədə iddialar var.