Tramp orduya nüvə silahları sınaqlarını bərpa etməyi əmr edib

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Donald Trump orduya dərhal nüvə silahları sınaqlarını bərpa etməyi əmr etdiyini açıqlayıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
ABŞ Prezidentinin nüvə detonasiya sınaqlarından, yoxsa nüvə qabiliyyətli raketlərin uçuş sınaqlarından danışdığı bəlli deyil.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin nüvə enerjisi ilə işləyən raketin və nüvə sualtı nəqliyyat vasitəsinin uğurla sınaqdan keçirildiyini elan edib.
Kremlin sözçüsü Dmitri Peskov Trump-ın açıqlaması ilə bağlı deyib ki, Rusiyanın nüvə enerjisi ilə işləyən raket və torpeda silahlarının sınaqları nüvə silahı sınağı hesab olunmur.
"Ümid edirik ki, Burevestnik və Poseydon sınaqları ilə bağlı məlumat Prezident Trampa düzgün şəkildə çatdırılıb, çünki heç bir şəkildə nüvə sınaqları kimi şərh edilə bilməz".
O Prezident Putinin sözlərini xatırladaraq deyib ki, əgər kimsə moratoriumdan çıxsa, Rusiya buna uyğun davranacaq.
ABŞ 1992-ci ildən bəri nüvə silahı sınağı keçirməyib.
Video açılmasa, Youtube kanalımızda izləyin.







