Yerevanda etirazlarda 84 nəfərin saxlanıldığı bildirilir

Yerevan Ermənistan Etirazlar

Şəklin mənbəyi, Getty Images

Yerevanda cümə günü səhər saatlarında başlamış etiraz aksiyaları zamanı Respublika meydanında və Nazirlər Kabinetinin binası qabağında toplaşan etirazçılarla polis arasında toqquşmalar olub, Ermənistan mediası yazır.

Medianın yaydığı foto və videogörüntülərdə polislə etirazçılar arasında münaqişə yaşandığı müşahidə olunur.

Medianın yazdığına görə, toqquşmalar nəticəsində indiyə qədər 84 nəfər polis bölmələrinə aparılıb.

Etirazlardan olan videoya Youtube-dan baxa bilərsiniz.

Etiraz aksiyaları çərşənbə axşamı günü, etirazçıların təbirincə, Azərbaycanın Dağlıq Qarabağda "təcavüz əməliyyatına" qarşı (Azərbaycan Qarabağda keçirdiyi əməliyyatı "antiterror tədbirləri" adlandırıb) başlayıb.

Etirazçılar Ermənistan hökumətindən Qarabağdakı ermənilərin müdafiəsini təşkil etmək üçün tədbir görməyi tələb edirlər.

Aksiya iştirakçıları meydanı tərk etməyəcəklərini bildirirlər, onlar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Hökumət binasının qabağında polis qüvvələri keşik çəkir.

Qarabağ Ermənistan Yerevan

Şəklin mənbəyi, Getty Images

Ermənistan Qarabağ Yerevan

Şəklin mənbəyi, NewDay.am

Yerevanda müxalif partiya rəhbərlərindən biri saxlanılıb

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Yerevanda cümə günü səhər saatlarından etiraz aksiyaları başlayıb, müxalif partiya rəhbərlərindən biri saxlanılıb, Ermənistan mediası yazıb.

Yerli medianın yaydığı video görüntülərdə onlarla şəxsin şəhərin mərkəzi küçələrini bağlayaraq, etiraz etdiyi görünür.

Azərbaycanın çərşənbə axşamı günü Qarabağda "antiterror əməliyyatı" keçirməsindən sonra Ermənistanda etirazlar başlayıb. Etirazçılar rəsmi Yerevanın buna müdaxilə etməməsindən narazı olublar.

Onlar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Etirazçılar hökumət binasının girişini də bağlamağı planlayıblar, binanın qarşısına çox sayda polis nəfəri gətirilib.

"Dünən razılaşdığımız kimi, səhər küçələr bağlanacaq, etirazlarımız səhərdən başlayacaq. Mən hamını şəhərin müxtəlif yerlərində, hətta kiçik qruplar şəklində də bu aksiyaları keçirməyə çağırıram", - parlamentin müxalif "Ana Ermənistan" blokunun rəhbəri Andranik Tevanyan Facebook sosial media hesabından videomüraciət yayıb, news.am yazıb.

Tevanyan etirazlara qoşulacaq şəxsləri polis tərəfindən tutulmamağa, kiçik qruplar şəklində də olsa etirazlara çıxmağa çağırıb.

Bu gün səhər saatlarından etibarən, Tevanyan və bəzi digər müxalifət fəalları Ermənistan paytaxtında keçirdikləri etiraz aksiyasında saxlanılıblar.

Nikol Paşinyanın bu saatlarda hökumətin iclasını keçirdiyi bildirilir.

Ermənistan, etiraz aksiyası, Yerevan, Qarabağ

Şəklin mənbəyi, Getty Images

“Nikol satqındır!”

Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı Qarabağda “lokal antiterror tədbirlərinə” başladıqdan və bunun ardınca Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin hərbi eskalasiyaya daxil olmasının “yolverilməz” olduğunu deyəndən sonra Yerevanda Rusiyanın səfirliyi, eləcə də hökumət binası qarşısında etiraz aksiyalarına başlanıb.

Aksiya bu gün də davam edir, Ermənistan mediası yazıb.

Ermənistan, etiraz aksiyası, Yerevan, Qarabağ

Şəklin mənbəyi, Getty Images

Sentyabrın 20-də rəsmi Bakı Qarabağda “antiterror əməliyyatlarının” dayandırıldığını, “erməni silahlı birləşmələrinin təslim” olduğunu bildirib və Yevlaxda Qarabağ erməniləri ilə görüşəcəyini bəyan edib. Bundan az əvvəl isə Qarabağdakı separatçı qurum “əhalinin fiziki təhlükəsizliyi üçün müvafiq addımlar atmağa məcbur” olduqlarını demiş, amma “məcburi addımların" nəyi ehtiva etdiyini açıqlamamışdı.

Rəsmi Bakı çərşənbə axşamı səhər saatlarında Xocavənd rayonu ərazisində altı vətəndaşının mina partlayışında həlak olduğunu açıqlamış və bunu “terror aktı” kimi qiymətləndirərək, baş vermiş hadisəyə görə Ermənistanın Qarabağda qalan silahlı birləşmələrini ittiham etmişdi. Amma Yerevan bunu rədd edərək Qarabağda hərbi qoşunu olmadığını bildirmişdi.

Azərbaycan beynəlxalq səviyyədə onun ərazisi kimi tanınan Qarabağın separatçı qurumunun nəzarətində olan ərazilərdə “konstitusiya quruluşunu bərpa etmək” məqsədi ilə çərşənbə axşamı günorta saatlarında “lokal xarakterli antiterror tədbirlərinin” başladığını elan etmişdi.

Yerevanda Rusiya səfirliyi qarşısına yığılan aksiya iştirakçıları Kremldən Azərbaycanın “dinc Artsax sakinlərinə qarşı soyqırım tədbirlərini” dayandırmağı tələb ediblər, Armenpress yazıb.

Ermənistan, etiraz aksiyası, Yerevan, Qarabağ

Şəklin mənbəyi, Getty Images

Ermənistan mediasının yaydığı məlumatlara görə, eyni vaxtda hökumət binası qarşısına toplaşan etirazçılar Baş nazir Nikol Paşinyanı Qarabağda vəziyyətin gərginləşməməsi üçün zəruri addımlar atmamaqda günahlandıraraq onu istefa verməyə çağırıblar.

“Nikol satqındır!” şüarları səsləndirən nümayişçilər polisin hökumət binası qarşısında qurduğu maneəni yararaq binaya daxil olmağa çalışıblar və polislə etirazçılar arasında toqquşmaların olduğu deyilir, News.am saytında qeyd olunub.

Ermənistan, etiraz aksiyası, Yerevan, Qarabağ

Şəklin mənbəyi, Getty Images

Ermənistanın Baş naziri sosial şəbəkədə çərşənbə axşamı canlı yayımlanan video-müraciətində deyib ki, Azərbaycanla sərhəddə vəziyyət “nisbətən stabil“dir, amma “Bakının əsas məqsədi öz hərəkətləri ilə Ermənistanı hərbi əməliyyatlara cəlb etməkdir”.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti vəziyyətin “emosional məqamını anlayır və prosesə nəzarət edəcək”.

“Müəyyən siyasi qüvvələrə və xadimlərə Ermənistanın dövlətçiliyini zərbə altına qoymağa imkan verilməməlidir”, - Baş nazir əlavə edib.

Ermənistan, etiraz aksiyası, Yerevan, Qarabağ

Şəklin mənbəyi, Getty Images

X (keçmiş Twitter) hesabında paylaşılan və Yerevandakı etirazların əks olunduğu deyilən videolarda aksiya iştirakçılarının polisə daş və butulka atdığı görünür. Polis etiraz aksiyalarını yatırmaq üçün “xüsusi vasitələrdən, o cümlədən işıq və səs güllələrindən” istifadə edib, Ermənistan mediası yazıb.

Ermənistan, etiraz aksiyası, Yerevan, Qarabağ

Şəklin mənbəyi, Getty Images

Polislə etirazçılar arasında baş verən toqquşmalarda yaralıların olduğu deyilsə də, dəqiq say açıqlanmayıb.

Ermənistan, etiraz aksiyası, Yerevan, Qarabağ

Şəklin mənbəyi, Getty Images

Aksiyalarda müxalifət partiyalarının üzvləri ilə yanaşı, hakim partiyanın, eləcə də Ağsaqqallar Şurasının üzvlərinin də iştirak etdiyi bildirilir.

Ermənistan, etiraz aksiyası, Yerevan, Qarabağ

Şəklin mənbəyi, Getty Images