Tramp Erdoğanla görüşünün "Əla" keçdiyini deyib

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Trampla Erdoğanın Ağ evdə görüşü iki saat çəkib, Trump görüşün "Əla" keçdiyini deyib.

ABŞ və Türkiyə prezidentlərinin bu görüşündə Trump bir neçə dəfə Erdoğanı tərifləyib.

"O, çox hörmətli bir insandır, öz ölkəsində, bütün Avropada, bütün dünyada çox hörmətlidir", - Donald Tramp deyib.

Görüşdə iki ölkə arasında nüvə enerjisi sazişi və çoxlu Boeing təyyarəsi alınması barədə sənəd imzalanıb.

Türkiyə Birləşmiş Ştatlardan həm də F-35 və F-16 qırıcılarını almaq istəyir, ancaq onlarla bağlı müsbət nəticə hələ ki, yoxdur.

Bu görüşdə Trump kostyumuna qırıcı təyyarə simvolu olan nişan taxıb.

ABŞ-da Türkiyədən Rusiya neftindən imtina etməsini istəyir və Trump deyib ki, bunun olacağına inanır.

Tramp ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalarla bağlı suala cavabında deyib ki, görüş yaxşı keçsə, sanksiyaları dərhal ləğv edə bilərlər.

Birləşmiş Ştatlar Türkiyəyə 2019-cu ildə Ankaranın Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinə görə sanksiyalar tətbiq edib.

Sanksiyalara görə, Türkiyənin təqribən 1,4 milyard dollar ödədiyi 6 ədəd F-35 təyyarəsi ona verilməyib.

Bu, Ərdoğanın 2019-cu ildən bəri Ağ Evə ilk səfəridir.

Video açılmırsa, YouTube kanalımızda baxın.