Niyə qadınlarda sistit problemi ağır nəticələrə baxmayaraq daha yaxşı müalicə olunmur?

Şəklin mənbəyi, Getty Images
Qadınların sidik yollarının infeksiyası (SYİ) şikayətlərinə çox vaxt əhəmiyyət verilməməsinin ciddi nəticələri ola bilər.
Sistitli bir çox qadının ortaq təcrübəsi odur ki, təkrarlanan həkim ziyarətlərində ciddi qəbul edilmirlər və yalnız qısa müddətli müalicələrə qane olmalı olurlar.
“Mürəkkəb SYİ” kimi müəyyən edilən və müalicəsinin uğursuzluq riski yüksək olan bu kimi halların sayı ABŞ-da ildə 250 minə qədərdir.
Xəstəliyin normal və ya daha mürəkkəb forması ilə mübarizədə heç bir irəliləyiş yoxdur, lakin xəstələr, həkimlər və tədqiqatçılar dəyişiklik üçün ümidlidirlər.
Sistit nədir? Niyə kifayət qədər başa düşülmür?
Sidik yollarının infeksiyalarının (SYİ) simptomlarına sidik ifrazı zamanı yanma və ağrı, qəfil və ya tez-tez sidiyə çıxmaq istəyi, bulanıq, qanlı və ya qoxulu sidik, qızdırma, titrəmə, qarnın aşağı hissəsində ağrı daxildir.
Xəstəlik adətən E.coli bakteriyaları tərəfindən törədilir. Ancaq digər bakteriyalar da bu xəstəliyə səbəb ola bilər.
London Universitet Kollecinin Uroloji Biologiya Mərkəzinin rəhbəri Jennifer Rohn-a görə, bu bakteriyalar və hətta E. coli-nin daha nadir növləri üzərində tədqiqatlar azdır.
Newcastle Universiteti və Freeman Xəstəxanasından uroloq Chris Harding qeyd edir ki, sidik yollarının infeksiyaları sistit və ya sidik kisəsi iltihabına səbəb ola bilər.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Sidik yolları infeksiyalarının başqa növləri var, lakin sistit ən çox yayılmışdır. SYİ olduqca geniş yayılıb və qadınların yarısı həyatlarında azı bir dəfə bu xəstəliyə tutulur.
Rohn deyir ki, infeksiya xüsusilə gənc, cinsi aktiv və ya postmenopozal qadınlara təsir edir. Bunda genetika, hormonlar, anatomiya kimi bütün faktorlar rol oynayır.
Qadınlar və qızlar risk altındadır, çünki onlarda uretra kişilərdə olduğundan xeyli qısadır. Bu, bakteriyaların sidik kisəsinə daha tez çatmasına səbəb olur.
SYİ-lər yoluxucu xəstəliklər kimi təsnif edilsə də, birbaşa təmasla ötürülmür. Ancaq cinsi əlaqə zamanı bakteriyalar bir insandan digərinə keçə bilər.
Kişilər xüsusilə irəli yaşlarda infeksiyaya yoluxa bilərlər. SYİ qocalar evlərində ən çox yayılmış yoluxucu xəstəlikdir. SYİ-nın dünya üzrə 150 milyon insana təsir edəcəyi təxmin edilir, lakin bu onsuz da ümumi olan problemin dünya əhalisi yaşlandıqca daha çox yayılacağı gözlənilir.
Rohn deyir: "Bu, yaşlı insanların xəstəxanaya yerləşdirilməsində böyük rol oynayır". SYİ geniş yayıldığı və mürəkkəb görünmədiyi üçün, onlar qadın olmağın normal nəticəsi kimi qəbul edilə və səhiyyə xidmətləri tərəfindən diqqətdən qaçırıla bilər.
Ancaq bunun daha ciddi nəticələri ola bilər. Bəzi hesablamalara görə, qadınların 25 faizi təkrar sidik yolları infeksiyalarından əziyyət çəkir.
Bununla yanaşı, xroniki SYİ-ları haqqında artan məlumatlılıq var.
Ancaq bəzi insanlar bütün həyatı boyu bu simptomlarla yaşasalar da, onların vəziyyəti rəsmi olaraq tanınmır.
Niyə diaqnoz qoymaq bu qədər çətindir?

Şəklin mənbəyi, Getty Images
SYİ diaqnozu üçün tipik üsullar sidik və orta sidik yollarının testidir, lakin bu testlər yetərincə həssas olmadığı üçün kifayət qədər etibarlı deyillər.
Bunun əksinə olaraq, yeni nəsil molekulyar testlər demək olar ki, çox həssasdır və problemlə əlaqəli olmasa belə, hər hansı bir patogeni götürür. Lakin bu testlər bahalıdır.
Rohn-un sözləri ilə desək, sidik testi "sudan daha ucuzdur", lakin onun nəticələri çox vaxt çaşdırıcı ola bilər.
Laboratoriyada sidik nümunəsindən bakteriyaların yetişdirilməsini nəzərdə tutan sidik testləri 1950-ci illərdə böyrək infeksiyası olan hamilə qadınlarda işlənib hazırlanmışdır.
Başqa sözlə, SYİ-sı üçün standart test, hətta SYİ-na xas olmayan əvvəlki tədqiqatlardan əldə edilmişdir. Harding deyir ki, bu testlərlə halların yarısı diaqnoz qoyulmadan gözdən qaçırılır. SYİ-ları testləri ilə bağlı tibbi təhsil vaxtı keçmiş kimi görünür.
Hardinq deyir ki, o, tibb tələbəsi olarkən sidik kisəsinin steril bir mühit olduğunu öyrənib. Bu dezinformasiya sonradan test nəticələrində tapılan bakteriyaların necə şərh ediləcəyi ilə bağlı çaşqınlığa səbəb olub.
Rohn hələ də bu dezinformasiyaya inanan tələbələrinə həqiqəti izah etməyə çalışır.
Seksizm və qərəzlər
Maarifləndirmə tədqiqatları aparan Xroniki Sidik Yolları İnfeksiya Kampaniyasının (CUTIC) direktoru Carolyn Andrew, xroniki xəstəlikləri olanlar üçün testlər deyil, simptoma əsaslanan diaqnozun daha mənalı olacağını müdafiə edir.
"Bəlkə də qadınları və onların simptomlarını ciddi qəbul etməyin vaxtıdır" deyən Rohn əlavə edir ki, simptoma əsaslanan diaqnoz təkrarlanan SYİ olan insanlar üçün vacibdir, çünki onlar öz bədən əlamətlərini tanıya bilirlər.

Şəklin mənbəyi, Getty Images
Rohn deyir ki, bu xəstəliyin görməzdən gəlinməsində təsirli olan mükəmməl bir "qavrayış fırtınası" mövcuddur: "Bu ginekoloji xəstəlikdir. Yaşlılarda da olur. Bir də ayaqların arasında", - deyir.
Andrew deyir ki, xəstəlikdən bəhs etməməkdə "utanc"-ın da təsiri var.
Xüsusilə yaşlı insanlarda və ya sidik kisəsi problemlərini müzakirə etməyin tabu olduğu bəzi icmalarda simptomlar haqqında danışmaq çətin ola bilər.
Mövzunun gender elementini inkar etmək olmaz. "Qadınların pinti olduğu deyilir", - Andrey qəzəblə vurğulayır:
“Bunun ən acınacaqlı cəhətlərindən biri də odur ki, bir çox qadına gigiyena vərdişlərinin kifayət qədər yaxşı olmadığı və infeksiyaya da bunun səbəb olduğu bildirilir". Mürəkkəb SYİ olan bir çox şəxs səhv diaqnozdan, alçaldılmadan və ya “manipulyasiyadan” əziyyət çəkir.
Bu şəxslərə tez-tez simptomlarının sadəcə beyinlərində olduğu deyilir - bəziləri hətta həkimləri tərəfindən danlanır. Rohn deyir: "Bunun əhəmiyyəti olduğundan xeyli az dəyərləndirilir".
SYİ adətən ölümcül olmadığı üçün digər infeksiyalar kimi eyni səviyyədə maliyyə cəlb etmirlər. Lakin SYİ sepsis və ya böyrək infeksiyası vasitəsilə ölümə səbəb ola bilər:
"İnsanlar düzgün müalicə edilmədikdə bakterial infeksiyaların çox təhlükəli ola biləcəyini dərk etmirlər".
Uzun müddət davam edən infeksiyalar daimi ağrıları olan xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır.
Bundan əlavə, xəstəliyin yaşı üçə endirilsə də, simptomların qeyri-müəyyənliyi səbəbindən kiçik uşaqlarda diaqnoz daha da vacib problemə çevrilir.

Şəklin mənbəyi, Alamy
Xəstəliyin diaqnozu qoyulsa belə, müalicəsi olduqca mürəkkəb ola bilər. Antibiotiklərlə müalicə bir çox qadın üçün problemi tam həll etmir. Rohn hesab edir ki, antimikrob müqaviməti bunda mühüm rol oynayır. Bununla belə, tədqiqatlar xəstəliyin həm diaqnoz, həm də müalicə mərhələsində irəliləyiş əldə etməyə davam edir.
Antibiotiklərin funksiyasını itirməsinə cavab olaraq, tədqiqatçılar mövcud dərmanları təkrar istifadə etməyə və ya onların əsas toxumalara nüfuzunu artırmağa çalışırlar.
Əczaçılıq şirkəti GSK keçən il xüsusi olaraq SYİ üçün hazırlanmış antibiotikin sınaq nəticələrinin ümidverici olduğunu açıqlamışdı.
Bundan əlavə, İngiltərədə antiseptik müalicə və bəzi peyvəndlər var. Əsaslı tədqiqatlar da sidik yollarının anlaşılmasında mühüm rol oynayır. Rohn deyir ki, siçanlar insanlardan fərqli sidik funksiyalarına malik olsalar da, SYİ tədqiqatlarında siçan modellərindən istifadə edilir.
Bunun əvəzinə, Rohn və həmkarları sidik kisəsinin elastikliyini və axınını təqlid edə bilən real sidiklə proqramlaşdırıla bilən insan sidik kisəsinin 3D modelini hazırladılar.
Tədqiqat yekunlaşana qədər, SYİ haqqında daha çox məlumatlı olmaq, illərdir ciddi qəbul edilmək istəyən qadınların əzablarını yüngülləşdirməyə kömək edə bilər.




