Britaniyada Kral III Charles-in tacqoyma mərasimi keçirildi

Britaniya, tacqoyma, Kral III Charles, mərasim, tədbir, London, Buckingham Palace

Şəklin mənbəyi, Getty Images

Britaniyada Kral III Charles-in şənbə günü Londonda təntənəli tacqoyma mərasimi keçirildi.

Kralı görmək arzusu ilə günlərdir ki, böyük izdiham bu gün Bakı vaxtı ilə 14:00-da Westminster Abbatlığında keçirilən mərasimə axışıb. Konsort Kraliça Camilla da bugünki tədbir çərçivəsində öz tacına sahib olub.

Tədbirdən bəzi fotolara saytımızda baxa bilərsiniz.

Paylaşımını ötürün Facebook

Məzmun mövcud deyil

Daha çoxu üçün FacebookBBC kənar saytların məzmununa məsul deyil.

Paylaşımın sonu Facebook

Tacqoyma mərasimində Böyük Britaniyanın 6 min silahlı qüvvələr və 949 hava qüvvələri heyəti təxminən 60 ildən sonra ən böyük hərbi yürüyüş keçirib.

Britaniya, tacqoyma, Kral III Charles, mərasim, tədbir, London, Buckingham Palace

Şəklin mənbəyi, Reuters

Gün boyu Birləşmiş Krallığın bütün ərazilərində böyük tədbirlərin keçirilməsi planlaşdırılıb.

Kral III Charles sonuncu dəfə 1953-cü ildə tacqoyma mərasimində iştirak edərkən çox gənc idi və anası Kraliça Elizabeth-in tacqoyma mərasiminə şahidlik edirdi.

Britaniya, tacqoyma, Kral III Charles, mərasim, tədbir, London, Buckingham Palace

Şəklin mənbəyi, Reuters

Bu səhər Londonda, Trafalgar meydanının şimalında antimonarxiya etiraz aksiyası keçirilib. Polis yük maşınından plakat boşaldan və yolu "qapadan" bir neçə aksiya iştirakçısını həbs edib.

antimonarxiya etirazı, London, tacqoyma mərasimi

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Londonda antimonarxiya etirazı keçirilib