Dünyanın türk serialları sevgisi: Türkiyə diziləri minlərlə kilometr aralıda niyə bu qədər sevilir?
Video açılmırsa, YouTube-dan izləyin.
Hazırda türk teleseriallarına dünyanın 140-dan çox ölkəsində 400 milyondan çox tamaşaçı baxır.
Türkiyə serial ixracında uzun illərdir ki, ABŞ-dan sonra ikinci yeri tutur. Azərbaycanlılar arasında da bu serialları sevən az deyil.
Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, Türkiyə təkcə 2015-ci ildə xaricə teleserial satışından 250 milyon dollar qazanıb.
Halbuki 2004-cü ildə bu rəqəm cəmi 10 min dollar idi.
TEA baş katibi Bader Arslanın proqnozuna görə, Türkiyə serialları 2023-cü ilədək ildə 1 milyard dollar gəlir götürəcək.
Bəs görəsən Türkiyə teleseriallarını bu ölkədən minlərlə kilometr aralıda yerləşən ölkələrdə niyə bu qədər sevilir?
Həmçinin bax:

Şəklin mənbəyi, kanald.com.tr/ Getty Images



