Ermənistan deputatı kişi həmkarlarına: görüşərkən öpüşməyin

Aram Manukyan deyir ki, kişilər salamlaşarkən bir-birinin əlini sıxmaq kifayətdir
Şəklin alt yazısı, Aram Manukyan deyir ki, kişilər salamlaşarkən bir-birinin əlini sıxmaq kifayətdir

Ermənistan Milli Məclisinin müxalifətçi üzvü Aram Manukyan kişi həmkarlarına salamlaşarkən öpüşmək vərdişini tərg etməyə çağırır.

Parlamentin növbəti səhər iclasında çıxışını Erməni Milli Konqresi fraksiyasının katibi Aram Manukyan kişi millət vəkillərinə müraciətlə başlayıb:

“Hörmətli deputatlar! Kişilərin hər gün səhər tezdən bir-biri ilə öpüşməsi son dərəcə eybəcər görünür. Bu ənənəyə son qoymağa çalışın. Məsələn, mən bizim partiyada kişi xeylaqlarına hər gün görüşəndə öpüşməyi qadağan etmişəm.

Ali məktəblərin yanında da eyni mənzərəni görmək olar...

Yaxşı deyil! Sizin bu mədəniyyətiniz başqaları üzərinə də yayılır. Bu ənənə haradan gəlib? Gürcüstandan? Orada da kişilər bütün günü bir-biri ilə öpüşür. Bəs edin bunu! Eybəcərdir. Uşaqlara nə nümunə göstərirsiniz?”.