Rusiyada "real əmək haqqı 8-9 faiz azalıb"

Şəklin mənbəyi, Reuters

Rusiyada real maaşların dəyəri inflyasiyanın nəzərə alınması ilə 8-9 faiz azalıb, Əmək Nazirliyinin rəhbəri Maksim Topilin deyib.

"Təəssüflər olsun ki, biz real əmək haqqının azalmasını müşahidə edirik”, - nazir bildirib.

Topilinin sözlərinə görə, bu vəziyyət işverənlərin böhran hadisələrinə reaksiyası nəticəsində yaranıb.

Nazirin sözlərinə görə hazırda işsizliyin səviyyəsi Beynəlxalq Əmək Təşkilatının meyarlarına əsasən 5,2 faiz təşkil edir. Topilin bu rəqəmin ötən ilki göstəricilərə yaxın olduğunu deyib.

“Ötən böhran vaxtı əhalinin gəliri sabit qalırdı”.

İyul ayında hökumət real əmək haqqının 9,8 faiz azalacağını bildirmişdi.

Proqnozlara görə, maaşlar 2014-cü ilin səviyyəsinə 2018-ci ildə çata bilər. Real əmək haqqı nominal maaşa alına biləcək mal və xidmətlərin miqdarı əsasında hesablanır.