Rusiyada təqaüd yaşı həddinin qaldırılması təklif olunub

Şəklin mənbəyi, AFP

Rusiya maliyyə naziri Anton Siluanov Rusiyada təqaüd yaşı həddinin təcili qaldırılmasına çağırıb.

BBC müxbirinin bildirdiyinə görə, cənab Siluanov parlamentdə çıxış edərək bildirib ki, təqaüd yaşının artırılması iqtisadi fəal əhaliyə demoqrafik vəziyyətin neqativ təsirini də azalda bilər.

Siluanov təqaüd əmanətlərinin ümumi həcmini 3,6 trilyon rubl dəyərində qiymətləndirib. Nazir əlavə edib ki, artıq istehlak hesabına iqtisadi artım mümkün deyil.

Rusiyada təqaüd yaşının artırılması üzrə müzakirələr artıq bir neçə ildir ki, davam edir. Bu addımı maliyyə nazirliyi təklif edir, lakin digər nazirliklər bu cür qeyr-populyar tədbirə qarşı çıxır.