Kadırov çeçenləri Kiyev tərəfində vuruşmamağa çağırıb

Şəklin mənbəyi, Getty
Çeçenistan rəhbəri Ramzan Kadırov Donbassda Ukrayna hərbiyyəsi tərəfində vuruşan həmvətənlərinə üzünü tutaraq, onları "təcili dayanmağa" çağırıb, yoxsa "onların da həyatla vidalaşaçağı" barədə xəbərdarlıq edib.
Kadırov müraciətini İnstaqramdakı şəxsi səhifəsində Ukraynada "aldadılaraq təxibatara sürüklənənlərə" ünvanlayıb.
Çeçen lideri "Cövhər Dudayev adına beynəlxalq sülhməramlı batalyonun" təşkilatçısı İsa Munayevin ölüm xəbərini təsdiqləyib.
Kadırovun fikrincə, onun qətli "Urayna Təhkükəsizlik Şürası və Mərkəzi Kəşfiyyat İdarəsi agentlərinin tapşırığı ilə həyata keçirlib."
İsa Munayev hər iki çeçen müharibəsində iştirak edib və Rusiya qoşunlarına qarşı vuruşub.
Ötən il o, Danimarkadan Kiyevə gələrək Ukrayna qüvvələri tərkibində qarşısına rusiyapərəst separatçılara qarşı vuruşmağı məqsəd qoymuş batalyon yararmışdı.
