Rusiyalı fotoqrafçı Abxaziyada nadir mağaralar şəbəkəsinin görüntülərini lentə alıb.
Şəklin alt yazısı, Abxaziyanın qəribə görünüşü olan Şakuranskaya mağarası güman edildiyinə görə, ərazidə baş vermiş 1892-ci il zəlzələsindən sonra əmələ gəlib.
Şəklin alt yazısı, Mağara Rusiyanın Soçi şəhərindən təxminən 100 km aralıqda yerləşir. Mağaradakı gölməçələrdə yığılmış çöküntülər suyun üzünü bər-bəzəkli rənglərə boyayır.
Şəklin alt yazısı, Rusiyalı fotoqrafçı Vladimir Mulde dostları ilə birgə bütün gün ərzində mağaranın müxtəlif görüntülərini lentə alıb.
Şəklin alt yazısı, Mağara Abxaziyanın ecazkar yerlərindən biri sayılır, olduqca zəngin mənzərəsi var, lakin turistlərin bu mağara barədə məlumatı çox azdır", Mulde deyir.
Şəklin alt yazısı, "Ərazidə seyr edilmək üçün yararlı 3 mağara var. Əslində mağaraların sayı daha çoxdur, lakin onlar su ilə dolub. Suyun üzündəki rənglərin əksi divarlara düşdüyündən və bütün bu mənzərə hərəkətdə olduğundan insanda mağaranın canlı olması illüziyası yaranır", Mulde deyir.
Şəklin alt yazısı, "Mağarının tədqiqinə bir gün sərf olundu, sanki tamamilə fərqli dünyaya düşürsən. Alimlərdən ibarət qrup mağarada tədqiqat aparmaq niyyətindədir," fotoqrafçı qeyd edib.