"Spasibo": Çeçenistanda həyat - şəkillərdə

Fotoqrafçı Davide Monteleone-nin çəkdiyi şəkillər Carmignac Gestion Fotojurnalistika Mükafatında qalib gəlib. Hazırda Londonda onun fotoları nümayiş olunur. İtaliyalı fotoqrafçının "Spasibo" adlı layihəsi Çeçenistana həsr olunub.

Xarachoy kəndi, Qafqaz dağları © Davide Monteleone.
Şəklin alt yazısı, Çeçenistanın böyük hissəsi Rusiya ərazisilə əhatə olunsa da, Gürcüstanla da sərhədi var - həmin sərhəd xətti Qafqaz dağlarından keçir. Neftlə zəngin olan Çeçenistanın iqtisadiyyatı və infrastrukturu Rusiya ilə illərlə çəkən müharibə nəticəsində və eləcə də mütəşəkkil çinayətkarlığa görə dağılmış vəziyyətdədir.
Dağlarda namaz qılan bir qrup yaşlı adam. © Davide Monteleone, VII Photo for the Carmignac Gestion Photojournalism Award
Şəklin alt yazısı, Dağlarda namaz qılan bir qrup yaşlı adam. Monteleone 2001-ci ildə müxbir kimi Moskvaya gəlib və indi uzun müddətli şəxsi layihələrini həyata keçirir. Monteleone indiki layihəsini hazırlamaq üçün Çeçnistana 2013-cü ilin sonunda gələrək oarada 2014-cü ilin aprel ayınadək qalıb.
Güşəlçilər məşq edir. Qroznı. © Davide Monteleone
Şəklin alt yazısı, Qroznı, mərkəzi idman zalı. Məşq edən güləşçilərin başının üzərində Axmad Kadırov, Vladimir Putin və Ramzan Kadırovun portretləri asılıb. Qətlə yetirilmiş Axmad Kadırovun oğlu Ramzan Kadırov Çeçenistanda 2007-ci ildən prezidentdir. Onun bu vəzifəyə namizədliyini prezident Putin irəli sürüb.
Qroznı © Davide Monteleone.
Şəklin alt yazısı, Bir qrup Kadırov tərəfdarı Konstitusiya günü münasibətilə şəhərin əsas meydanında toplaşıb, Monteleone deyir. Arxa planda mərkəzi məsçid və mərkəz Qroznının göydələnləri görünür.
Qroznı © Davide Monteleone
Şəklin alt yazısı, Eyni tədbirdə təhlükəsizlik qüvvələri. Arxa planda mərkəz Qroznının göydələnləri görünməkdədir.
Qroznı © Davide Monteleone
Şəklin alt yazısı, Çeçenistanın Ürəyi adını daşıyan Axmad Kadırov məscidini cümə namazından sonra bir qrup insan tərk edir. Vaxtilə burada təzyiqlərə məruz qalmış İslam dini hazırda Çeçenistanda geniş təşviq edilir, Monteleone qeyd edir.
Çeçenistan © Davide Monteleone
Şəklin alt yazısı, Qadın mədrəsəsində dua edən qız. Bu qadın mədrəsəsi Rusiya və Çeçenistanda bu qəbildən olan və qadınlar üçün nəzərdə tutulan yeganə qədim mədrəsədir, Monteleone əlavə edir.
Çeçenistan © Davide Monteleone
Şəklin alt yazısı, Pravoslavlığın əlamətləri Çeçenistanda çox azdır, Monteleone bildirir. Rus xristianlarının əksəriyyəti Çeçensitanı 1990-cı illərin əvvəllərində tərk edib, Cövhər Dudayevin müstəqil Çeçensitan qurduğu illərdə.
Çeçenistan © Davide Monteleone
Şəklin alt yazısı, "14 yaşlı Rada bacısının tikdiyi gəlinlik paltarının əyninə necə gəldiyini yoxlayır. Hadisə çeçenlərin deportasiyasından bəhs edilən filmin çəkilişilərində, avtobusda lentə alınıb", Monteleone izah edir.