Ermənistan baş naziri Qarabağ cəbhəsinə baş çəkib

armenian_pm_karabakh

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Ermənistan baş naziri Hovik Abrahamyan Qarabağda təmas xəttinin ön mövqelərinə baş çəkib

Ermənistan baş naziri Hovik Abrahamyan Dağlıq Qarabağda erməni silahlı qüvvələrinin ön mövqelərinə baş çəkib və Azərbaycan qoşunları ilə təmas xəttinin bir hissəsində olub.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına əsasən, Dağlıq Qarabağa səfəri çərçivəsində Ermənistanın baş naziri Hovik Abrahamyan çərşənbə günü “Dağlıq Qarabağ Respublikasının baş naziri, müdafiə naziri və Ermənistan hökumət üzvlərinin müşayiəti ilə Dağlıq Qarabağ müdafiə ordusunun təmas xəttində yerləşən mövqelərinə baş çəkib”.

Ermənistan baş naziri Qarabağda mənzillənən hərbi hissələrdən birində əsgər və zabit heyəti ilə “söhbət edib, xidmət şəraitləri ilə tanış olub”.

“Hamı anlamalıdı ki. Ermənistanın təhlükəsizliyi Qarabağın təhlükəsizliyindən baş alır. Sizə təşəkkürümü bildirirəm. Əmin olun ki, biz sizin xidmətinizi yüksək qiymətləndiririk və həmişə sizin yanınızda olacağıq”, - hərbçilər qarşısında öz çıxışında Ermənistan baş naziri deyib.

Hovik Abrahamyan Ermənistan hökuməti adından hərbçilərə saat və məişət texnikasını hədiyyə edib.