Əliyev, Paşinyan və Erdoğan-ın Praqada qeyri-rəsmi söhbətləri - video

Videonu izləmək üçün "qəbul edin və davam edin" düyməsinə sıxın. Əks halda videonu bu linkdə -Youtube-da izləyin.

Azərbaycan, Ermənistan və Türkiyə liderləri bu gün Praqada görüşüblər.

Avropa Siyasi İcmasına dəvət alan ölkə liderlərinin bu görüşü qeyri-rəsmi olub.

Yayılmış videolarda Fransa Prezidenti Emmanuel Macron və Macarıstanın Baş naziri Viktor Orbanın da onlara qoşulduğu görünür.

Qonşu ölkələrin liderlərinin aralarında nə danışdıqları hələ ki bəlli deyil.

Bu gün Praqada Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının sədrilyə birgə dördtərəfli görüş də keçirilib.