You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Astarada komada yaşayan ailə: "Qonaq gələndə xəcalət çəkirəm"
- Müəllif, İzolda Ağayeva, Aygül Mehman
- Vəzifə, BBC Azərbaycanca
Video açılmırsa, YouTube-da izləyin.
Astaranın Səlivə kəndində Məlikovlar ailəsi meşənin düz təpəsində, komada yaşayırlar.
Onlar iki il əvvəl təzə ev tikməyə başlasalar da, müharibə tikintini yarımçıq qoyub.
Kənd sakini Bəhruz İbrahimov isə deyir ki, yaşadığı ev illər əvvəl zəlzələ nəticəsində dağılıb.
Səlivəlilərin ən böyük şikayətlərindən bəri kəndin yolunun bərbad olmasıdır. Sakinlərin dediyinə görə, bəlkə 50 ildən çoxdur ki, bu kəndin yolları yararsız vəziyyətdədir.
Kənd sakinləri deyir ki, Səlivə o qədər ucqardadır ki, adi bir marketə də həsrətdirlər. Onların həmçinin, nə aptekləri, nə tibb məntəqələri, nə də onları qonşu kəndlərə və mərkəzə apara biləcək marşururtları var.
Astara Rayon İcra Hakimiyyəti suallarımıza cavab verməyib. Səlivənin bələdiyyə sədri Nail Muradov isə BBC-yə deyib ki, artıq kəndə qaz çəkilib. Digər problemlər isə mərhələli şəkildə həllini tapacaq.