Ukraynada döyüşlər: dağılmış Kiyevdən şəkillər

Rusiya ordusu cümə günü səhər saatlarında Ukrayna paytaxtına girib. Ukrayna ordusu Kiyev, Dimer və İvankov şəhərlərinin kənarında Ukrayna və Rusiya orduları arasında şiddətli toqquşmaların davam etdiyini açıqlayıb.

Rus qoşunlarının atdığı raketlərin bəziləri mülki əhalinin yaşadığı binalara düşüb. Şəhərdə dağıntılar müşahidə olunur. Əhali bəzi yerlərdə dağıntıları təmizləməyə çalışır.

Kiyevdə bir sıra sakinlər dünən axşamdan daha təhlükəsiz olduğu üçün metro stansiyalarına sığınıblar. Ukrayna paytaxtından gələn xəbərlərə görə əhali əsasən sığınacaqlara üz tutub.