You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Putindən ABŞ Prezidentinə: "Yeni sanksiyalar böyük səhv olar"
Rusiya Prezidenti Vladimir Putin ABŞ-lı həmkarı Joe Biden-ə xəbərdarlıq edib ki, Ukraynaya görə yeni sanksiyaların tətbiqi münasibətləri tamamilə poza bilər.
Dekabrın 30-da Joe Biden-lə 1 saata yaxın telefonla danışan Putin deyib ki, belə sanksiya "böyük bir səhv" olardı.
Cənab Biden də bildirib ki, Rusiya Ukraynaya təcavüz edərsə, ABŞ və müttəfiqləri buna qətiyyətli cavab verəcək.
Rusiyanın tələbi ilə keçirilən bu görüş iki prezidentin bu ay reallaşdırdığı ikinci görüşmədir.
Ukrayna Rusiyanın onun sərhədlərinə 100 minlik qoşun yığdığını deyib.
Rusiya Ukraynaya müdaxilə edəcəyi ilə bağlı ittihamları rədd edir və qoşunun təlim məqsədilə orda toplaşdığını və öz ərazilərində hərbiçilərini sərbəst hərəkət etdirmə haqqının olduğunu bildirib.
Tərəflərin müzakirədə bir-birinə xəbərdarlıq etməsinə baxmayaraq, Rusiya rəsmisi Yuri Uşakov jurnalistlərə deyib ki, Putin görüşdən "məmnun qalıb". O əlavə edib ki, bu, gələcək dialoq üçün "yaxşı zəmin" yaradıb.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi deyib ki, söhbətin tonu "ciddi və anlaşıqlı" olub.
Ağ evin sözçüsü Jen Psaki-nin sözlərinə görə, cənab Biden təkrarlayıb ki, dialoqlarda əsaslı inkişaf yalnız gərginlik azaldıldığı təqdirdə baş tuta bilər.
Joe Biden açıq şəkildə bildirib ki, Rusiya Ukraynaya bir daha müdaxilə edərsə, ABŞ və müttəfiqləri qətiyyətli cavab verəcək, - Jen Psaki deyib.
ABŞ və Rusiya rəsmilərinin Cenevrədə görüşəcəyi gözlənir.