Ermənistanın azərbaycanlılara qarşı "nifrət kampaniyası" ilə bağlı BMT-də dinləmələr

Video açılmırsa, YouTube-da izləyin.

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiaları dinlənilib.

18 və 19 oktyabrda keçirilmiş dinləmərdə Azərbaycan Ermənistanı azərbaycanlılara qarşı nifrət yaymaqda, etnik təmizləmə siyasətini həyata keçirməkdə və azərbaycanlıların işğaldan azad olunmuş ərazilərə qayıtmasına mane olmaqda ittiham edib.

Məhkəmədə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib ki, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və zorakılıq kampaniyası davam etməkdədir. O, məkhəməni buna qarşı ilkin və təcili tədbirlər görməyə çağırıb.

Ermənistan təmsilçisi Yeghishe Kirakosyan isə Azərbaycanın iddialarını qeyri-səmimi adlandırıb və deyib ki, Azərbaycan Ermənistanın haqlı iddialarını ləkələmək istəyir.