Rusiya sülhməramlıları Qarabağda dronlara qarşı təlim keçiblər

Video açılmırsa, YouTube-dan izləyin.

Rusiya sülhməramlıları Qarabağda "dronların" aşkar edilməsi üzrə təlim keçiblər, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Təlimdə rus sülhməramlılar şərti düşmənin dronlarlar vasitəsi ilə hücumunun qarşısını almağa çalışıblar.

Altı poliqonda keçirilmiş təlim "Dağlıq Qarabağın Laçın koridorundakı müşahidə postlarının təhlükəsizliyinin təmin edilməsi" adlandırılıb.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfi dronlardan aktiv istifadə edib.