Azərbaycanda saxlanan erməni hərbçilərin ailələri: "Beləmi münasibət göstərirlər öz analarına?"

Video açılmırsa, YouTube-dan baxın.

Yerevanda İkinci Qarabağ Müharibəsinin dayandırılması haqqında üçtərəfli razılaşmadan sonra Azərbaycanda saxlanan hərbçilərin ailələri və qohumları Ermənistan hökumət binası önündə etiraz aksiyası keçirib.

Onlar Ermənistan hökumətindən övladlarının nə zaman vətənə qaytarılacaqlarını öyrənmək istəyirlər.

Erməni hərbçilərin qohumları deyirlər ki, Beynəlxalq Qırmızı Xaç vasitəsilə onlarla əlaqə saxlayırlar.

Ermənistan bu hərbçiləri əsir kimi qiymətləndirir, Azərbaycan isə ölkədə hər hansı əsir olmadığını, sözügedən erməni hərbçilərinin müharibənin bitməsindən sonra ölkəyə daxil olduğunu və onların antiterror əməliyyatı zamanı saxlanıb məhkəmədə mühakimə edildiyini deyir.