You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Türkiyədə meşə yanğınları: "Vəziyyət, doğrudan da, pisdir"
Video açılmırsa, YouTube-dan izləyin.
Türkiyədə 7 meşə yanğını hələ də davam edir. Son məlumatlara görə, iyulun 28-dən bu yana ölkədə 132 yanğından 125 -i nəzarət altına alınıb.
Yanğınlar nəticəsində 8 nəfər həlak olub, 400-dən çox insan zərər çəkib.
Ölkə prezidenti Recep Tayyip Erdoğan hökumətin yanğın qurbanlarının hamısına yardım göstərəcəyinə söz verib
Onun sözlərinə görə, yanğınların söndürülməsi əməliyyatına Azərbaycan, İran, Rusiya və Ukraynadan gələn çoxlu sayda təyyarə və helikopterlər cəlb edilib.
Azərbaycandan Türkiyəyə ötən həftədən heyət və texnika göndərilir.