You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Yerevanda Azərbaycandan olan qaçqınların həyatı
Video açılmasa, YouTube-da izləyin.
Ermənistan Hökuməti Azərbaycandan olan qaçqın ailələrinə mənzil əldə etmək üçün sertifikatlar təqdim etmək qərarı qəbul edib.
Qərara əsasən, ilk mərhələdə sertifikatlarla 1988-1992-ci illərdə Azərbaycan Ermənistana köçmüş və müvəqqəti olaraq mehmanxana, yataqxana və internat-məktəb ərazilərində məskunlaşan 112 qaçqın ailəsinə veriləcək.
Qərar layihəsini Hökumət kabinetinə təqdim edən Ermənistan ərazi idarəetmə və infrastrukturlar nazirinin müavini Baqrat Badalyan ilk mərhələdə sertifikatların yaşayış şəraitlərinin yaxşılaşdırılmasına daha çox ehtiyac olan ailələrə veriləcəyini bildirib.
Bu kateqoriyaya hazırda 895 ailə aid edilib. Onların 641-i Yerevanda, 254-ü rayonlarda yaşayır.
Yerevan bələdiyyə idarəsi və ərazi sosial xidmətlər şöbəsi tərəfindən təqdim edilən yeniləşdirilmiş siyahılara görə, mənzilə ehtiyacı olan 1070 qaçqın ailəsi Yerevanda, 1519-u Ermənistanın müxtəlif bölgələrində yaşayır.
Yerevan müxbirimiz Aleksey Manvelyan hazırda yataqxanada qalan bir neçə Azərbaycandan olan qaçqınlarla görüşüb.