You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Rusiya: Zabaykalsk diyarında avtobus körpüdən aşıb - azı 19 nəfər ölüb
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, KIA Granbird avtobusu Sretensk şəhərindən 60 km məsafədəki körpüdən aşıb. DİN-dən verilən məlumata görə, avtobusda olan 44 nəfərdən azı 19 nəfəri ölüb.
Avtobus donmuş Kuenqa çayını örtən buzun üstünə düşüb.
Qeyd olunduğu kimi, xilasedicilər ehtiyatla hərəkət edərək buzun qırılmasına yol verməməyə çalışırlar.
Interfax agentliyi Zabaykalsk diyarı hökumətinə istinadən yazır ki, zərərçəkənlərin sayı 21 nəfərdir.
Rusiya yol polisindən TASS agentliyinə verilən xəbərə əsasən, qəza hadisəsinə səbəb avtobusun qabaq təkərinin sıradan çıxması olub.
"KİA Granbird avtobusunu idarə edən sürücü qabaq təkərin dağılması səbəbindən yolun hərəkət hissəsindən sağa dönüb və ardınca Kuenqa çayına aşıb", - TASS bildirib.Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, avtobusun sürücüsü də ölüb.