You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Rusiya ilə Ukrayna arasında əsirlərin dəyişdirilməsi həyata keçirilir
Rusiya ilə Ukrayna arasında çoxdan gözlənilən əsirlərin dəyişdirilməsi nəhayət həyata keçirilir.
Dəyişdirilməsi planlaşdırılanlar arasında 24 ukraynalı dənizçi və 2014-cü il Malaysian Hava Yollarının vurulması ilə əlaqədar saxlanmış Volodimir Tsemax da var.
Əsirlərin dəyişdirilməsinin iki ölkə arasında gərginliyi azaldacağına ümid edilir.
Ukrayna və Rusiya arasında münasibətlər 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində Rusiyanın dəstəyi ilə baş tutmuş üsyandan sonra kəskin şəkildə pisləşməyə başlayıb.
Ukraynanın şərqindəki Donetsk və Luhans regionlarında münaqişə nəticəsində 13 000-dən çox insan həlak olub.
Bu ilin aprel ayında Ukraynada seçilmiş yeni prezident Volodimir Zelenski bildirib ki, onun prioriteti münaqişəni sona çatdırmaqdır.
Hər iki tərəfdən ümumilikdə 35 əsirin dəyişdiriləcəyi gözlənilir. Rusiyanın siyahısında keçən ilin noyabr ayında Krımda həbs edilmiş 24 ukraynalı dənizçi əsas təşkil edir.