You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Mahnı oxuyan və elə hey oxuyan qadın - Alla Puqaçovanın 70 yaşı tamam olur
Aprelin 15-də Alla Puqaçova 70 illik yubileyini qeyd edir.
İlk dəfə səhnəyə 1965-ci ildə çıxanda onun 16 yaşı olub.
O zamandan bəri Puqaçova Rusiyanın ən populyar estrada ifaçılarından biri kimi qalmaqda və pərəstişkarlarını yaradıcılığı ilə valeh etməkdə davam edir.
Alla Puqaçovanın səhnə obrazlarının son 40 il ərzində necə dəyişdiyini onun həmin illərdə çəkdirdiyi şəkillərdə izləmək mümkündür.
***