Ermənistan parlament seçkilərində Paşinyanın bloku qalib gəlib

Armenian acting Prime Minister Nikol Pashinyan speaks during a parliament session in Yerevan, Armenia

Şəklin mənbəyi, Reuters

Ermənistanda 9 dekabrda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" bloku qalib gəlib. Serj Sarkisyanın rəhbərlik etdiyi sabiq hakim Ermənistan Respublikaçı Partiyası yeni parlamentdə təmsil olunmayacaq.

MSK-nın ikin məlumatına görə, "Mənim addımım" blokunun lehinə seçkilərdə iştirak edən vətəndaşların 70,43 faiz səs verib.

Paşinyanın rəhbərlik etdiyi blokdan başqa, yeni parlamentdə, seçkilərin ilkin nəticələrinə görə, Qaqik Tsarukyanın başçılıq etdiyi Firavan Ermənistan Partiyası 8,27 faiz, Edmon Marukyanın rəhbərlik etdiyi İşıqlı Ermənistan Partiyası isə 6,37 faiz səs toplayıb.

Daşnaksutyunun - 3,89, keçmiş hakim Ermənistan Respublikaçı Partiyasının - 3,7 faiz qazanıblar.

Seçkilərdə iştirak edən digər 8 siyasi qüvvələr 2 faizdən də az səs qazanıb.

Milli Məclisdə təmsil olunmaq üçün, Ermənistan Seçki Məcəlləsinə əsasən, seçkilərdə iştirak edən partiyalar üçün 5, seçki blokları üçün 7 faizlik hədd təyin edilib.

Seçkilərin yekun rəsmi nəticələri bir həftədən sonra bəyan edilməlidir.

Siyasətçiyə çevrilmiş journalist Nikol Paşinyan apreldə sülhsevər inqilaba başçılıq edib.

İndi o, korrupsiyaya qarşı mübarizə və iqtisadiyyatın islahatı proqramını həyata keçirmək üçün parlamentdə əksəriyyəti təmin edib.

Armenian businessman Gagik Tsarukyan in a street in the city of Gyumri

Şəklin mənbəyi, TASS via Getty Images

Nəticə nədir?

MSK-nın ikin məlumatına görə, "Mənim addımım" blokunun lehinə seçkilərdə iştirak edən vətəndaşların 70,43 faiz səs verib.

Paşinyanın rəhbərlik etdiyi blokdan başqa, yeni parlamentdə, seçkilərin ilkin nəticələrinə görə, 8,27 faiz səslə Qaqik Tsarukyanın başçılıq etdiyi Firavan Ermənistan Partiyası və 6,37 faizlə Edmon Marukyanın rəhbərlik etdiyi İşıqlı Ermənistan Partiyası sonrakı yerləri bölüşdürür.

Daşnaksutyun - 3,89, keçmiş hakim Ermənistan Respublikaçı Partiyası - 3,7 faiz səs qazanıb.

Seçkidə iştirak edən digər siyasi qüvvələr 2 faizdən az səs qazanıb.

Seçkiyə 11 siyasi qüvvə qatılmışdı.

Ermənistan Seçki Məcəlləsinə əsasən, Milli Məclisdə təmsil olunmaq üçün seçkilərdə iştirak edən partiyalara 5, seçki bloklarına isə 7 faizlik hədd təyin edilib.

Seçkilərin yekun rəsmi nəticələri bir həftədən sonra bəyan edilməlidir.

Növbədənkənar parlament seçkilərində seçici fəallığı az, təxminən 49 faiz olub.

1991-ci ildən Ermənistanda keçirilən seçkilər adətən saxtakarlıq və səs-küylə müşayiət olunub, lakin jurnalistlər bu dəfə fərqli olacağına ümid etdiklərini söyləyiblər.

Prosesi izləyənlər arasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından beynəlxalq müşahidəçilər olub.

Pashinyan supporters at a rally in Yerevan on 2 May, 2018

Şəklin mənbəyi, AFP/Getty Images

Şəklin alt yazısı, Nikol Paşinyan yaz aylarındakı etiraz nümayişlərindən sonra baş nazir seçilib

Bu, Ermənistan üçün nə deməkdir?

Paytaxt Yerevanın bir seçki məntəqəsində seçicilər Nikol Paşinyanın vəd etdiyi iddialı dəyişikləri təmin edə biləcəyinə ümid etdiklərini deyirlər.

Narine Harutyunyan adlı bir qadın "çox optimist" hiss etdiyini və "Ümid edirəm ki, mənim səsimin ermənilərin gözündə hər zaman bir təbəssüm olmasında rolu olacaqdır" deyib.

Təhlilçilər deyirlər ki, 43 yaşlı Nikol Paşinyan vədlərinə əməl etməklə yanaşı, Ermənistanın əsas müttəfiqi olan Rusiya ilə yaxşı münasibətləri qoruyub saxlamaq niyyətindədir.

Üç milyon əhalisi olan keçmiş Sovet dövləti Ermənistanda Rusiyanın hərbi bazası var və o, təhlükəsizliyi üçün Moskvadan asılıdır.

Nikol Paşinyan "ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığı artırmağa" ümid etdiyini söyləyib.

A woman votes during early parliamentary elections in Yerevan on 9 December, 2018

Şəklin mənbəyi, AFP/Getty Images

Baş nazirin tənqidçiləri nə deyir?

Cənab Paşinyanın rəhbərlik etdiyi inqilab ölkənin 10 illik prezidenti, Respublika Partiyasının üzvü Serj Sarkisyanı vəzifəsindən uzaqlaşdırıb.

O, bir müddət əvvəl əldə etdiyi baş nazir vəzifəsində müddəti bitsə də, hakimiyyətdən getməməkdə günahlandırılırdı.

Respublikaçı partiyaların böyük fiqurları Nikol Paşinyanı Ermənistanı 1930-cu illərdəki Almaniyaya çevirməkdə və Hitler kimi xadim olmaqda günahlandırıb.

Onun tənqidçiləri Paşinyanın "kult şəxsiyyətinin" çoxpartiyalı demokratiyanı zəiflədəcəyini söyləyirlər.

Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan seçkidən əvvəl "bütün siyasi partiyalar yaxşı hazırlaşmaq üçün vaxtdan məhrum edildi" deyə şikayət edib.

O, "sözdə inqilabdan sonrakı eyforiyanın" seçki sandıqlarında əks olunacağını gözlədiyini də qeyd edib.