You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Rusiya sərhədçiləri Türkiyə-Ermənistan sərhədini "pozanı tutublar"
Ermənistan sərhədində keşik çəkən Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhəd İdarəsinin əməkdaşları tərəfindən "Ermənistan-Türkiyə sərhədini pozan" bir şəxsin saxlanıldığı bildirilir.
Rusiyanın Ermənistandakı sərhəd idarəsindən alınan məlumata görə, Ermənistan informasiya vasitələri, saxlanılan şəxsin Ermənistan dövlət sərhədinin Gümri sərhəd dəstəsinin nəzarət etdiyi ərazidə mühəndis-texniki vasitələrlə keçməyə cəhd etdiyi deyilir. Lakin onun adı açıqlanmır.
Yoxlama tədbirləri nəticəsində onun mobil telefonunda mühəndis-texniki qurğuları və dövlət sərhədində yerləşən istehkamların video və foto görüntülərini ehtiva edən fayllar aşkar edildiyi iddia olunur.
"Saxlanılan şəxs qanuna əsasən nəzərdə tutulan qaydada Ermənistan Respublikası hüquq-mühafizə orqanlarına ötürülüb. Hazırda hadisənin təfərrüatlarını aydınlaşdırmaq üçün müvafiq tədbirlər görülməkdədir", məlumatda deyilir.
Dövlətlərarası müqaviləyə əsasən, Ermənistan-Türkiyə sərhədində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd qoşunları keşik çəkir.