Ermənistan: Yeni prezident and içib

Armen Sarkisyanın andiçmə mərasimi

Şəklin mənbəyi, GEVORG PERKUPERKYAN

Şəklin alt yazısı, Armen Sarkisyanın andiçmə mərasimi

Bu gün parlamentin xüsusi iclasında, 2015-ci ildə qəbul olunmuş ölkə konstitusiyasına əsasən, parlamenti tərəfindən Ermənistan prezidenti seçilmiş Armen Sarkisyanın andiçmə mərasimi keçirilib.

Prezident vəzifəsini qəbul edən Armen Sarkisyan Ermənistan Konstitusiyası və VII əsr İncili üzərində and içib.

Ermənistan parlamenti

Şəklin mənbəyi, GEVORG PERKUPERKYAN

Şəklin alt yazısı, Dövlət və mənəvi simvollar Ermənistan prezidenti iqamətgahından andiçmə mərasimi keçirilən Karen Demirçiyan adına idman-konsert kompleksinə aparılıb.

Dövlət və mənəvi simvollar Ermənistan prezidenti iqamətgahından andiçmə mərasimi keçirilən Karen Demirçiyan adına idman-konsert kompleksinə aparılıb.

Yeni Konstitusiya ölkənin parlament idarəçilik üsuluna keçməsini nəzərdə tutur. Bunun ilk mərhələsi aprelin 9-da Armen Sarkisyanın vəzifəyə gəlməsindən başlayır.

Armen Sarkisyan

Şəklin mənbəyi, parliament.am-Ermənistan Parlamenti

Şəklin alt yazısı, Armen Sarkisyan

Bu gün həm də Serj Sarkisyanın prezidentlik fəaliyyəti başa çatır, mövcud hökumət kabineti istefa verir, lakin yeni hökumət tərtib olunana kimi öz fəaliyyətini yerinə yetirəcək.

Konstitusiya üzrə daha geniş səlahiyyətlərə malik olan Baş nazir isə aprelin 17-də parlament tərəfindən seçilməlidir.

Ermənistandakı xarici diplomatlar da inaqurasiya mərasiminə qatılıblar

Şəklin mənbəyi, Hakob Margaryan

Şəklin alt yazısı, Ermənistandakı xarici diplomatlar da inaqurasiya mərasiminə qatılıblar.

Bu vəzifəyə parlamentdə çoxluq təşkil edən hakim Ermənistan Respublikaçılar Partiyasının rəhbəri Serj Sarkisyanın təklif ediləcəyi ehtimal olunur. Bir sıra müxalif qruplar Serj Sarkisyanın bundan sonra da hakimiyyət başında qalmasına qarşı kütləvi etiraz aksiyaları ilə mübarizə etməyə hazırlaşırlar.

Serj Sarkisyan

Şəklin mənbəyi, parliament.am-Ermənistan Parlamenti

Şəklin alt yazısı, Parlamentin baş nazir vəzifəsinə keçmiş prezident Serj Sarkisyanı irəli sürəcəyi gözlənir.