İran rialı ucuzlaşıb

Bazar ertəsi Tehranda açıq bazarda dollar 54.700 rialdan 60 minə qalxıb. Sentyabrın ortalarında 1 dollar 36 min rial olub. Bahalaşma oktyabrda da özünü göstərib.

İranın birinci vitse-prezidenti Eshaq Jahangiri hökumətin fövqəladə iclasından sonra dövlət mediasına bildirib ki, dolların dəyəri rəsmi və açıq bazarlarda, biznes fəaliyyətində 42 min rial civarında olacaq.

O deyib ki, xarici valyutadəyişmə məntəqələri Mərkəzi Bankın nəzarətinə veriləcək.

"Təəssüf ki, bu günlərdə xarici valyutanın məzənnəsində adamların narahatçılığına səbəb olan hadisələr baş verib", - vitse-prezident deyib.

İran çərşənbə axşamı öz valyutasının dollara nisbətdə dəyərini düzəltmək üçün qəti addımlar atıb.

Birləşmiş Ştatların İranla olan nüvə razılaşmasından növbəti ay çəkiləcəyi haqqında fərziyyələrdən sonra rialın məzənnəsi yaxın həftələrdə ən aşağı səviyyədə qeydə alınıb və dollar 58.650 dəyərində qalıb.

Eshagh Jahangiri rialın dəyərinin düşməsində "qeyri-iqtisadi, əsassız və gözlənilməz amilləri" günahlandırıb və İranın ixracaatının güclü şəkildə həyata keçdiyini qeyd edib.

ABŞ prezidenti Donald Trump İranı raket və atom proqramlarına yeni məhdudiyyətlər qoymayacağı təqdirdə iki ölkə arasında olan nüvə razılığından çəkiləcəyi ilə təhdid edib.

Analitiklər deyir ki, bu, iranlıları gələcəkdə baş verə biləcək valyuta problemləri zamanı gəlir əldə etmək üçün dollar toplamağa sövq edib.

Avro və funt-sterlinqin də riala nisbətdə böyük bazar tutmasına baxmayaraq, bu valyutalar üçün sabit hədd qərarlaşdırılmayıb.

İran prezidenti Hassan Rouhani Trump-ın nüvə razılığından çəkiləcəyi təqdirdə peşman olacağını deyib.