Ukraynada yeni qanun: Rusiya rəsmən "qəsbkar" dövlət adlandırılıb

Ukrayna Parlamenti, ölkənin şərqində Rusiya yönümlü separatçılar tərəfindən ələ keçirilən əraziləri müvəqqəti olaraq Rusiya tərəfindən işğal olunmuş ərazi kimi tanıyan qanunu qəbul edib.

Deputatlardan 280-ni, Rusiyanı "qəsbkar" dövlət adlandıran və regionun reintegrasiyası barədə qanunun lehinə səs verib.

Rəsmi Moskva yeni qanunu qınayaraq bildirib ki, bu addımı yalnız "yeni müharibəyə" hazırlıq kimi qiymətləndirmək olar.

Həmçinin oxuyun:

2014-cü ilin aprel ayından, Ukraynada münaqişə başladıqdan bəri indiyədək şərqi Donetsk və Luqansk rayonlarında 10 mindən çox insan həyatını itirib. 2014-cü ilin may ayında isə Rusiya Ukraynanın Krım rayonunu ələ keçirib.

Ukrayna və Qərb ölkələri Rusiyanı əraziyə öz hərbçilərini göndərməkdə və separatçıları silahlandırmaqda təqsirləndirirlər.

Moskva bu iddiaları təkzib edir, lakin Rusiyadan şərqi Ukraynaya gedən "könüllülərin" separatçılara kömək etdiyi etiraf edir.

Cümə axşamı günü paylaşılan yeni bəyanatda Rusiyanın Xarici İşlər Nazirliyi Kiyevi, ölkənin şərqindəki münaqişəni güclə çıxmaza salmaqda təqsirləndirib və yeni qanunun 2015-ci ildə əldə edilmiş Minsk sülh razılığını pozduğunu iddia edib.