Gürcüstanda marixuanadan istifadə edənlərə cəza olmayacaq

Kampaniya fəalları
Şəklin alt yazısı, Son zamanlar Gürcüstanda narkotiklərin dekriminallaşdırılması çağırışı ilə geniş kampaniyalar aparılıb.

Gürcüstanın Konstitusiya Məhkəməsi "Vətəndaş Givi Şanidze Gürcüstan Parlamentinə qarşı" iş üzrə irəli sürülmüş iddianı təmin edərək, marixuananın istifadəsinə görə cinayət cəzasını ləğv edib.

Məhkəmənin saytında dərc olunmuş hökmə əsasən, müvafiq cəza vətəndaşın öz şəxsiyyətini sərbəst inkişaf etdirmə azadlığını təmin edən Konstitusiyanın 16-cı maddəsi ilə ziddiyyət təşkil edir.

Məhkəmə hesab edir ki, şəxsi istifadəyə görə cinayət "cəzasının tətbiqi ictimai asayişin" qorunması üçün mütənasib vasitə sayıla bilməz.

İyul ayında Konstitusiya Məhkəməsi şəxsi istifadə məqsədilə az miqdarda marixuananın əkilməsi və yetişdirilməsinə görə cinayət təqibini qeyri-qanuni tanımışdı.

Son zamanlar Gürcüstanda narkotiklərin dekriminallaşdırılması çağırışı ilə bağlı geniş kampaniyalar aparılıb.