Putinin üst geyimsiz şəkilləri sosial şəbəkələrdə yeni bir trend yaradıb

    • Müəllif, Sherie Ryder
    • Vəzifə, BBC News

Rusiya prezidenti Valdimir Putinin günəşlədiyi an çəkilmiş üst geyimsiz şəkilləri sosial şəbəkələrdə yeni bir trendə səbəb olub.

Smartfonların mesajlaşma tətbiqi olan Telegram proqramının direktoru Pavel Durov İnstagram-da paylaşdığı ismarıcında #PutinShirtlessChallenge (#ÜstgeyimsizPutinÇağırışı) həştəqilə insanları şəkillərini paylaşmağa çağırıb:

"İnstagram hesabımda Putinin üst geyimsiz şəkillərinin səviyyəsinə uyğunlaşmaq üçün əlimi bir az yüksəltmək məcburiyyətindəyəm. Əgər russanız #PutinShirtlessChallenge-ə qatılın. Putindən iki qayda: Montaj olmaz, gözü boyamaq olmaz. Yoxsa alfa deyilsiniz"

Pavel Durov isə paylaşdığı şəkli ilə sosial şəbəkədə 47 min "like" qazanıb.

Durovun çoxlu sayda təqibçisi onun fiziki görüntüsünə təriflər yağdıraraq "ideal bir kişi" olduğuna dair şərhlər yazıblar.

Həştəq siyasətçi Dmitri Gudkov da daxil olmaqla Twitter-də çoxlu sayda dəstək qazanıb.

Rusiyadan dünyanın başqa yerlərinə istirahətə gedən çoxlu sayda kişi, İnstagram-da paylaşdıqları şəkillərlə kampaniyaya dəstək veriblər.

Anastasiya da qadınların bu kampaniyadan geri qalmaması şərhi ilə status paylaşıb.

Putinin şəkilləri avqust ayının əvvəlində dövlət televizisiyası ilə yayımlandıqdan sonra böyük marağa səbəb olub.

Bəziləri onun prezidentliyə 4-cü dəfə namizədliyini irəli sürüb-sürməyəcəiyini müzakirə edir, bəziləri də bu şəkillərin Kremlin ABŞ-a "sərt ismarıc göndərmək" məqsədi ilə paylaşıldığını söyləyir.

Yaradılan həştəq sosial şəbəkələrdə çoxlu gülməli şərhlərə də səbəb olub.

Bəziləri bu kampaniyada pişiyinin şəklini paylaşaraq iştirak edib.