You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Türkiyə: fövqəladə vəziyyət uzadılıb
Türkiyə hökuməti fövqəladə vəziyyəti daha 3 ay müddətinə uzadır, baş nazirin müavini Numan Kurtulmuş bildirib.
Bazar günü keçirilən Konstitusiya referendumunda seçicilərin 51,4 faizi hökumətin təkliflərini dəstəkləyib.
Aparıcı müxalifət partiyaları səsvermənin nəticələrini sual altına alıb.
Prezident Erdoğan qərb ölkələri ilə yerli opponentlərinin tənqidlərini rədd edib.
Nazirlər Kabineti müvafiq qərarı Milli Təhlükəsizlik Şurasının tövsiyəsinə əsasən qəbul edib.
2016-ci ildə baş vermiş çevriliş cəhdindən sonra elan olunan fövqəladə vəziyyətin müddəti artıq bir neçə dəfədir ki, uzadılır.