Avroparlament Ukrayna üçün vizasız rejimi təsdiqləyib

Şəklin mənbəyi, Getty Images
Avropa Parlamentinin cümə axşamı günü keçirilən iclasında deputatlar Ukrayna vətəndaşlarının Şenqen zonasına vizasız səfər etməsinin lehinə səs veriblər.
Ukrayna ilə viza rejiminin ləğv edilməsinin lehinə 521 deputat , əlehinə 75 millət vəkili səs verib, 36 deputat bitərəf qalıb.
Parlamentin qərarından sonra viza rejiminin ləğv edilməsi Avropa İttifaqının (Aİ) Nazirlər Şurası tərəfindən təsdiqlənməlidir.
Qanun Aİ-nin Rəsmi Dərgisində dərc edildikdən sonra qüvvəyə minəcək.

Şəklin mənbəyi, Getty Images
Ukrayna və Aİ arasında viza rejiminin ləğv edilməsinə dair danışıqlar 2008-ci ildə başlayıb.
By dövrdə Ukrayna öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib, Aİ bildirib.
"Ukraya ilə vizasız rejimin Avropa Parlamenti tərəfindən qəbul edilməsi nəinki bizim ölkə, həmçinin birləşmiş Avropa üçün də tarixi bir səsvermədir. Bu ukraynalıların Avropa ideyasına etimadına verilən layiqli bir mükafatdır", - Ukrayna prezident Petro Poroşenko deyib.


