İran 80 Boeing təyyarəsi alır

Şəklin mənbəyi, AP
İranın dövlətə məxsus hava yolları qurumu- İran Air ABŞ istehsalçısı Boeing-dən 80 ədəd sərnişin təyyarəsi almaq üçün müqavilə imzalayıb.
10 illik müqavilə əsasında 50 ədəd 737 MAX 8, 15 ədəd 777-300 ER təyyarələri və 15 ədəd 777-9 reaktiv təyyarə alınacaq.
Bu, İranın 1979-cu ildə İslam inqilabından sonra ABŞ-la bağladığı ən böyük razılaşmadır.
ABŞ hökümətinin təsdiqlədiyi müqavilənin dəyəri 16.6 milyard dollardır. Təyyarələr 2018-ci ildən İrana veriləcək.
İyun ayında tərəflər arasında təyyarələrin alınması üzrə anlaşma memorandumunu imzalamışdı.

